AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Amili: Bakıda 20 Yanvar qətliamı Amerikanın yaşıl işığı ilə baş verdi

Həzrət Ayətullah Amili sabiq Sovetlər Birliyinin Bakını qan gölünə döndərərək yüzlərlə insanı şəhid etdiyi 20 Yanvar hadisəsi münasibətilə Azərbaycan xalqına başsağlığı verib.
Qafqaz Mədəniyyət Mərkəzi – Vəliyyi-Fəqihin əyalət üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsi bu həftənin cümə namazı xütbələrində sabiq Sovetlər Birliyinin Bakını qan gölünə döndərərək yüzlərlə insanı şəhid etdiyi 20 Yanvar hadisəsi münasibətilə Azərbaycan xalqına başsağlığı verib.
Ayətullah Amili 1990-cı il 20 yanvar qətliamında Amerikanın əli olmasına aid sənədlərin mövcud olduğuna işarə edərək deyib: “Bu sənəd ABŞ senatorlarından bir qrupu, o cümlədən Con Kerri tərəfindən imzalanaraq 18 yanvar 1990-cı ildə Mixail Qorbaçova göndərilmiş və onu Azəbaycan əhalisini qətliam etməyə təşviq etmişdir”.
Ərdəbil əyaləti əhalisinin Rəhbərliyin Ekspertlər Məclisində nümayəndəsi çıxışının davamında deyib: “Amerikanın azərilərə qarşı ədavəti hələ də davam edir. ABŞ-ın Senat Palatasının qərarın görə bu ölkə 2017-ci ildə Ermənistana 25 milyon dollar yardım edəcəkdir. Bu rəqəm ötən il edilən yardımla müqayisədə 3 milyon dollar çoxdur”.
Xətib əlavə edib: “20 yanvar günü Bakıda qətliam törətdikdən sonra 24 yanvarda SSRİ qoşunları Lənkərana yeridildi. Bu zaman Lənkəran əhalisindən çoxlu sayda insan İran sərhədlərinə tərəf hərəkət etdi. İran İslam Respublikası sərhədlərini açaraq onları qarşıladı”.
Vəliyyi-Fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi xütbələrinin digər bir hissəsində Bəhreyndə üç nəfər tamaşaçı fotoqrafın üç nəfər BƏƏ əsgərini öldürməkdə ittiham olunaraq edam edilmələrini pisləyərək deyib: “BƏƏ dövləti Bəhreyn hökumətini təhdid edərək demişdi ki, qatillər tapılıb edam edilməyəcəyi surətdə bu ölkə öz ordusunu Bəhreyndən çıxaracaq. Bəhreyn hökuməti də BƏƏ ordusunun çıxacağından qorxaraq üç nəfər günahsız insanı edam etdi”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button