AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Amili: Azərbaycan şiələri Nimeyi-şəbanı bir məsciddə ehya saxlasınlar

Mən əziz azərilərdən istəyirəm ki, hər şəhərdə bir məscid təyin edib, Nimeyi-şəban gecəsini orada ehya saxlasınlar.
Qafqaz Mədəniyyət Mərkəzi – Ərdəbilin imam cüməsi bu həftənin cümə namazı xütbələrində Nimeyi-şəban gecəsinin fəzilətlərindən söz açaraq deyib: “Öz fəzilətinə görə qədr gecələrindən sonra ən əzəmətli gecə Nimeyi-şəban gecəsidir”.
Xətib əlavə edib: “Nimeyi-şəbanı ehya saxlamaq müstəhəb əməldir və hər kəs peyğəmbərlərlə görüşmək istəyirsə, bu gecəni ehya saxlasın, xüsusilə də həmin gecə İmam Hüseynin (ə) ziyarətnaməsini oxumaq çox dəyərlidir”.
İmam cümə deyib: “Biz Ərdəbil əyalətində hər bir şəhərdə bir məscid təyin edəcəyik və bu bərəkətli gecəni orada ehya mərasimi keçirəcəyik”.
Ayətullah Amili Azərbaycan Respublikasının şiələrinə müraciət edərək deyib: “Avropa mədəniyyətində həzm olmaq istəmirsinizsə, dini adət-ənənələrə bağlı olun və onları ən yaxşı şəkildə yerinə yetirin”.
Xətib davam edərək deyib: “Mən əziz azərilərdən istəyirəm ki, hər şəhərdə bir məscid təyin etsinlər və Nimeyi-şəban gecəsini orada ehya saxlasınlar. Bu proqram məscidin içərisində keçirildiyi üçün şəri və qanuni baxımdan heç bir problemi olmayacaq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button