ArxivXəbər lentiXəbərlər

Ayətullah Amili: Alil-Səudun bəhanələri orta əsrlər dövrünün bəhanələridir

Ərdəbilin imam cüməsi və Vəliyyi-fəqihin əyalət üzrə nümayəndəsi bu həftəki cümə namazının xütbələrində 1200-dən çox hacının ölümünə səbəb olmuş Minada baş verən hadisələri pisləmiş və bunu İslam ümmətinin quldur və şər qüvvələrə mübtəla olmasının əlaməti adlandırıb.

Qafqaz Mədəniyyət Mərkəzinin verdiyi xəbərə görə, Ayətullah Amili artırıb: “Mütəal Allah hörmətli hacıları dinin şüarlarından adlandırmış, onların hörmətinin və təhlükəsizliyinin qorunmasını göstəriş vermişdir”.

İmam cüməAlil-Səudun bəhanələrini orta əsrlər dövrünün bəhanələri adlandıraraq deyib: “İnsanların nəzm-intizamının və təhlükəsizlik infrastrukturlarının təmini bütün ölkələrdə dövlətinin öhdəsinədir”.

O, təqsiri hacıların üzərinə atmağı onlara qarşı hörmətsizlik hesab edərək deyib: “Haram ayda 6000-dən çox günahsız yəmənlini öldürən dövlət, hacılara dəyər verməyəcək”.

Ərdəbil əhalisinin Rəhbərlik Ekspertlər Məclisinində nümayəndəsi hadisənin qurbanlarının ailələrinə, xüsusən də iranlı və Ərdəbil əyalətindən həlak olmuş hacıların ailələrinə baş sağlığı verərək deyib: “Ali-Səud təkcə məhkum edilməyə əhməyyət vermir. Bizim dövlətimiz bu cinayəti beynəlxalq məhkəmələrə çıxarmalıdır ki, Ali-Səud ümumi fikri, xüsusən də Ərəbistanın daxilində yayındıra bilməsin”.

Ayətullah Amili Ali-Səudun müharibə nazirinin 350 nəfərlik təhlükəsizlik qüvvələri ilə gözlənilmədən Rəmyi-Cəmərat ərazisinə daxil olmasınıhadisənin əsas səbəbi adlandırıb.

Ərdəbilin Ümumi Mədəniyyət Şurasının sədrixütbəsinin digər bir hissəsində əyalətin şimal bölgəsinin, əsasən də Germinin azad zona ərazisinə daxil edə bildikləri üçün əyalətin yüksək səviyyəli müdiriyyətinə öz təşəkkürünü bildirərək, nümayəndələrdən istəyib ki, işin sürətlənməsi üçün qeyd almaq və bölgənin azad zona olmasına səs toplamaq üçün daha çox cəhd etsinlər.

O, artırıb: “Elə indi azad zonada infrastrukturların yaranması üçün işə başlamaq lazımdır. Xüsusən də ölkədə və dünyada əsas və aktual birləşdirici vasitə sayılan qatar yolunun salınmasına başlanmalıdır”.

Dövlətin ölkədə dəmir yolu çəkilməsi layihəsində Ərdəbilin qatar yolunun salınması layihəsinin öndə dayanmadığına toxunan imam cümə bu mövzuya görə öz gileyini bildirib, məsullardan,məclis nümayəndələrindən və əhalidən istəyib ki, bu mövzunun izlənməsində daha çox səy göstərsinlər.

Ayətullah Amili xütbəsinin sonunda mühacirlərin hadisəsi və Rusiyanın Suriya mövzusuna daxil olmasından sonra Amerika və Avropanın Suriyaya qarşı mövqelərinin dəyişməsini siyasi və diplomatik qalmaqal adlandırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button