AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətüllah Amili ABŞ-n Azərbaycan respublikası vəhabilərini dəstəkləməsinə dair xəbərdarlıq etmişdir.

Qafqaz mədəniyyət mərkəzinin raportuna görə vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbil imimcüməsi cümə namazı xütbələrində həzrət Əmirəlmömininin(ə) anadan olmasını təbrik edib, o həzrətin Allah evində anadan olması sirlərini açıqlayaraq demişdir: həzrət anadan olanda qırxdan çox möcüzə görsənmişdir. Ayətüllah Amili müəllim gününü də təbrik edərək bildirmişdir: Cəmiyyətin ən qüdrətli cəhəti, təlim-tərbiyə cəhəti müəllimlərin sərəncamındadır. Hər bir inkişaf və irəliləyiş müəllimlərin təlim-tərbiyəsinə borcludur. O, cəmiyyətin hər hansı bir inkişaf və tənəzzülünü təlim-tərbiyə sisteminə aid edərək demişdir: Bu təbəqə təlim-tərbiyənin qarşılığı olaraq maddi təminat nigərançılığını çəkməməlidirlər. O, dövlətdən istəmişdir ki, cəmiyyətin boynunda ən çox haqqı olanların haqlı istəklərinə daha çox diqqət yönəltsin. Ərdəbil imamcüməsi fəhlə günü və ölkə fəhlələrinin əhəmiyyəti haqqında demişdir: ölkənin iqtisadiyyatı və davamlı inkişafı istehsalçıların üzərinə düşmüşdür. O artırmışdır: hər bir ölkənin maddi inkişafı və maddi sərvəti fəhlə əllərinin nəticəsidir. O, Peyğəmbərin yalnız fəhlənin və həzrət Zəhranın əlini öpdüyünə işarə edərək demişdir: Biz, Peyğəmbər etikasını izləyərək əməldə bu mübarək təbəqənin qədrini bilməliyik. Imamcümə sahibkarlardan və sahibkar-fəhlə əlaqələrini nizamlayan məsullardan istəmişdir ki, fəhlələrin hüququna tam şəkildə riayət etsinlər. O, Quran ayəsinə istinad edərək demişdir: bu, Allahın vədidir: Zülmə qapılan və insanların hüququnu taptalayan cəmiyyət uçuruma doğru istiqamətlənər. Peyğəmbərdən olan bir rəvayətə əsasən fəhlənin müzdünü verməmək ən çirkin günahlardandır. Ərdəbil əyalətinin xibrələr məclisindəki nümayəndəsi xütbənin digər bir hissəsində bildirmişdir: Yəməndə böyük insan faciəsi baş ermək ərəfəsindədir. 8 milyon uşaq ölüm təhlükəsi qarşısındadır. Onların yarım milyonu südəmər körpələrdir. O, Amerika, Avropa və BMT-n bu cinayətlər qarşısında sükut etməsini, sükutla kifayətlənməyib himayə etməsini məhkum etmişdir. O, ABŞ və Avropa dövlətlərinin dünyada baş verən cinayətlərə ikili yanaşmalarına işarə edərək demişdir: Amerika polisinin Baltimurda gördüyü işlərin onda birini İran polisi görsəydi Qərbin informasiya imperiası dünyaya hay-küy salardı. O, sözlərinə davam etdirmişdir: ABŞ, Avropa və BMT islam ölkələrinin zəifləməsini və sarsılmasını, infrastrukturlarının aradan getməsini, ordularını itirmələrini, gənclərin aradan getməsini istəyir. Ona görə də Yəmən, Suriya və İraqda baş verən ciayətlərə laqeyd baxırlar.

Ayətüllah Amili həzrətləri sözlərinin davamında demişdir: ABŞ İŞİD-in aradan getməsini istəmir. Buna görə də bütün orta şərq müsəlman ölkələrini zəifləndirmək üçün onları idarə edir. O artırmıçdır: İŞİD Suriya və İraqda zəifliyə uğrayanda Amerika nə sə bir yolla onları gücləndirir. Vəliyyi-Fəqihin əyalətdəki nümayəndəsi ötən həftə rusiya prezidentinin “Amerika Azərbaycan vəhabilərilə əlaqədədir və onlardan öz məqsədləri üçün istifadə edir” deyə ifşa etdiyi mözuya işarə edərək demişdir: bu, bizim üçün xəbərdarlıq və son dərəcə təhlükəlidir. Doğrudan da ABŞ Azərbaycan vəhabilərini və İŞİD-lərini himayə edirsə, onda sərhədlərimizin əmin-amnlığı aradan gedəcəkdir. O həmçinin ABŞ konqresinin münafiq başçısını senatda çıxış etməyə dəvət etməsinə işarə edərək bu işi senatın son dərəcə zəlilliyini və Amerikanın terrorçuluqla mübarizə iddiasında münafiq olduğunun əlaməti kimi qiymətləndirərək demişdir: Əli 17 min günahsız iranlının qanına batan bir qruplaşmanın senata dəvət olunması ABŞ-n İranla mübarizədə sarsıntısının kulminasiya həddinə çatdığını göstərir. Ərdəbil imamcüməsi hörmətli dövlətdən istəmişdir ki, Yəmənə olan hücumların dayandırılması və ən azı insan hüququ iddiasında olanların biabır olması üçün bloklara bağlı olamayan hərəkatın və islam konfransı təşkilatının növbədən kənar iclasının keçirilməsi işini izləsin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button