AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Amili: Əzadarlığın ruhu Aşuranın hədəflərinə diqqət etməkdir

Yaxşılığa dəvət və pislikdən çəkindirmək İmam Hüseyn (ə) düşərgəsinə daxil olmağın açarıdır.
Qafqaz Mədəniyyət Mərkəzi – Ərdəbildə cümə namazına rəhbərlik edən Ayətullah Seyid Həsən Amili məhərrəm ayının yaxınlaşmasına işarə edərək deyib: “Rəvayətlərə diqqət etdikdə görürük ki, İmam Hüseyn (ə) əzadarlığında iştirak etməyin ağılları heyran qoyacaq həddə savabı vardır”.
İmam cümə əzadarlığın ruhunun İmam Hüseynin (ə) hədəflərinə diqqət etmək olduğunu bəyan edərək deyib: “Əmr be məruf (yaxşılığa dəvət) və saleh hakimin rəhbərlik etməsinin lüzumu İmam Hüseynin (ə) qiyamının əsasını təşkil edir”.
Xətib əlavə edib: “Yaxşılığa dəvət və pislikdən çəkindirmək olmadan İmam Hüseyn (ə) düşərgəsinə daxil olmaq mümkün deyil. Məhərrəm ayının əvvəlində İmam Hüseynlə (ə) ən böyük beyət budur ki, pisliklər qarşısında rəftarımızı dəyişməklə bağlı həzrətlə əhd bağlayaq. Rəftarımızdakı bu dəyişiklik min saatlarla əzadarlıq etməkdən üstündür. Çünki əzadarlıq bu vacib əməlin müqəddiməsidir”.
Ayətullah Amili şairlərə, məddahlara və əzadarlara müraciət edərək onlardan istəyib ki, əsassız sözlərdən çəkinsinlər və Əhli-beyt (ə) düşmənlərinin əlinə fürsət verməsinlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button