AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Amili: Ərbəin ərəfəsində Nardaran şiələrinin öldürülməsi təsadüfi deyil və dünya imperializminin Aşura mədəniyyətinin yayılmasından vahiməyə düşməsini göstərir

Ərdəbilin imam cüməsi və Vəliyyi-Fəqihin əyalət üzrə nümayəndəsi bu həftənin cümə namazının xütbələrində Ərbəin ərəfəsində Pakistanda Paraçinar, Azərbaycanda Nardaran, Nigeriyada Zaria əhalisinə qarşı qırğınlara toxunaraq, bunun təsadüfi olmamasını və dünya imperializminin Aşura mədəniyyətininyayılmasından vahiməyə düşməsini göstərdiyini vurğulayaraq artırıb: “Kərbəla hadisəsinin cazibə və mesajı fövqəladədir, özbaşına hökumətlərin qorxu və kabusudur”.

Qafqaz Mədəniyyət Mərkəzi – Həzrət Ayətullah Amili beynəlxalq təşkilatların Niceriya, Pakistan və Azərbaycanda müsəlmanlara qarşı baş verən cinayətlər qarşısında sükutunu bu cinayətlər və qətliamın onlar tərəfindən hazırlanmasının və göstəriş verilməsinin ən bariz sübutuadlandırıb.

“Əgər Azərbaycan və Nigeriyada neytral və tərəfsiz bir islam fəaliyyət göstərsəydi, belə hadisələr qarşıya çıxmazdı”- deyə, Ayətullah artırıb.

Nardaran və Zariadakı qırğınların oxşar cəhətlərini açıqlayan alim, bu barədə bildirib: “Bu oxşar və ortaq cəhətlərə diqqət etməklə belə nəticə çıxarmaq olar ki, hər iki hadisə bir mənbədən qaynaqlanır”.

O çıxışının davamında deyib: “Nigeriya ordusu Afrika xalqını sel kimi qıran Boko Haram terrorçu qrupu ilə mübariz aparmaq əvəzinə şiələri qətliam edir. Azərbaycan dövləti vəhabi və ermənilərlə mübarizə aparmaq əvəzinə müsəlmanlarla mübarizə aparır”.

Ərdəbil əhalisinin Rəhbərlik Ekspertlər Məclisində nümayəndəsi xütbəsinin digər hissəsində Qondarma Qarabağ Respublikası xarici işlər nazirinin Vaşinqtona səfərini və Amerika konqresində Qarabağın müstəqilliyinin ildönümü mərasiminin keçirilməsini bərk məhkum edib, bunu Azərbaycan xalqının ağır təhqir edilməsi və Azərbaycanın ərazi bütövlüyünün aşkar pozulması kimi dəyərləndirərək deyib: “Azərbaycan xalqı bu təhqirin qarşısında sakit dayanmamalıdır. Yoxsa Amerika gələcəkdə bundan da qorxulu addımlar atacaq”.

Ayətullah əlavə edib: “Amerikanın bu cinayət və təhqirindən əgər azəri bir müsəlman dözməyib ölsə, qınanmaz. Amerika bu cinayəti ilə Azərbaycan dövlətinin islamçıları repressiya etməsinin yaxşı mükafatını verdi”.

Həzrət Ayətullah Amili deyib: “Biz İran azəriləri bu müsibətdə Azəbaycan xalqının qəminə şərikik və elan edirik ki, biz də sizin kimi, bəlkə sizdən də artıq Qarabağın istiqlalına həssasıq və məntəqədə Amerika və İsrail üçün ayaq yeri açılmasını istəmirik”.

İmam cümə vurğulayıb: Amerikanın bu cinayətindən Azərbaycan dövləti ibrət almalıdır və Nardaranda “Amerikaya ölüm” deyənləri repressiya etmək, bu şüarları Nardaranın divarlarından silmək, onları zibil qutusuna atmaq Azərbaycan dövləti üçün böyük bir səhv idi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button