AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Alihaşim: Sionist rejim günbəgün artan İran-Azərbaycan münasibətlərindən narahatdır

Təbrizin müvəqqəti imam cüməsi sionist rejimin İran-Azərbaycan münasibətlərinin genişlənməsindən narahat olduğunu, bu iki müsəlman və qonşu ökə arasında ixtilaf və bədbinlik yaratmaq ardınca olduğunu bildirərək deyib: “Sionist rejim İslam ölkələrini vəhdəti ilə müxalifdir. Ona görə də var gücü ilə ruhani və dindarların Azərbaycanın ictimai səhnəsindən silinməsinə cəhd edir”.

Qafqaz Mədəniyyət Mərkəzi – Təbrizin müvəqqəti imam cüməsi Ayətullah Seyid Məhəmməttəqi Alihaşim jurnalistlərə verdiyi müsahibəsində dövlətlərin anti-din hərəkətinin tarixdə xoş aqibəti olmadığına toxunaraq deyib: “Son günlərdə Azərbaycan Respublikasında islamofobiya hərəkətlərinin şahid olduq. Halbuki, bu ölkə əhalisinin böyük əksəriyyəti müsəlman və şiədirlər”.

İmam cümə Azərbaycanın xüsusi polis qüvvələrinin Nardaran şiələrinə hücumunu, dindarları və namazqılan möminləri qana boyamasını tənqid edərək deyib: “Təəssüflər olsun ki, son illərdə sionist və vəhabi hərəkatlarının Azərbayacanda nüfuzunun şahidiyik və vəhabilər öz etiqadlarını azad təbliğ edirlər”.

Azərbaycan əyalətinin tanınmış alimi təkfirçi-sələfi terrorçu qruplarının vəbahilik təfəkküründən qaynaqlandığını bildirərək deyib: “Azərbaycan dövləti əsas təhlükənin imam Hüseynə (ə) Ərbəin matəmi keçirən məzlum Nardaran əhalisinin deyil, bu ölkədə nüfuz etmiş İŞİD və təkfirçi hərəkatları olduğunu bilməlidir. Hamıya məlumdur ki, təkfirçi vəhabi və sələfilər yalandan “Allahu Əkbər” fəryad edirlər”.

Ayətullah Alihaşim artırıb: “Azərbaycan Respublikası neft ehtiyatları ilə zəngin və müsəlman bir ölkə olaraq, təkfirçi sələfi-vəhəbilərin planlarının icra olunduğu ölkələr sırasındadır. Təkfirçi-sionist koalisiyası dindar Nardaran qəsəbəsini imam Hüseynə (ə) əzadarlıq edən mərkəz kimi tanımış və onu öz qurbanı olaraq seçmişdir”.

“Çox təəccüblüdür ki, Azərbaycan polisi Nardaranda mövcud olan “Ya Hüseyn”, Ya Əbəlfəz” yazılmış bayraqları İŞİD bayrağı kimi təqdim etmiş və bu məqsədlə televiziya kanallarını və sosial şəbəkələri də işə qoşmuşlar. Polis qüvvələri imam Hüseyn (ə) matəminə aid bayraqları, Azərbaycanın işğal edilmiş ərazilərini azad edirmiş və Ermənistan bayrağını endirirmiş kimi iftixarla evlərin üzərindən yerə salmışdır”-deyə, Ayətullah vurğulayıb

O artırıb: “Azərbaycan dövlətinin Qarabağı işğaldan azad etməyə yönəlməli olan enerji, bacarıq və potensialının ölkənin dindar əhalisinə qarşı yönəlməsi çox təəssüf doğurur. Halbuki, həmin dindarlar şəhadəttələb ruhiyyə və cihad məqsədilə Qarabağ və digər işğal edilmiş əraziləri azad etməyə hazırdırlar”.

Təbrizin müvəqqəti imam cüməsi təhlükəsizlik və polis qüvvələrinin dindarlara qarşı zorakı, sıxışdırıcı və adətdən uzaq hərəkətini tənqid edərək deyib: “Nardaranda baş verən qanlı və acılı hadisələrlə eyni zamanda Gəncə, Lənkəran, Neftçala şəhərlərində də dindar və ruhanilər dövlət çevrilişinə cəhd, terrorçuluq, ekstremizmdə şərlənərək saxlanmış və dindarlar daha artıq sıxışdırmışdır”.

Ayətullah Alihaşim sionist rejimin İran-Azərbaycan münasibətlərinin genişlənməsindən narahat olduğunu, bu iki müsəlman və qonşu ökə arasında ixtilaf və bədbinlik yaratmaq ardınca olduğunu bildirərək deyib: “Sionist rejim İslam ölkələrini vəhdəti ilə müxalifdir. Ona görə də var gücü ilə ruhani və dindarların Azərbaycanın ictimai səhnəsindən silinməsinə cəhd edir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button