ArxivXəbər lentiXəbərlər

AXCP üzvləri həbsdə qaldı

Faiq Əmirli və Fuad Əhmədlinin həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb

Azadlıq qəzetinin məlumatına görə Nəsimi rayon məhkəməsində AXCP üzvləri Faiq Əmirli və Fuad Əhmədlinin həbs müddətlərinin uzadılması ilə bağlı Prokurorluğun təqdimatına baxılıb.

Babək Pənahovun sədrliyi ilə keçirilən proseslərdə hər iki şəxsin həbs qətimkan tədbirinin müddəti 2017-ci ilin yanvarın 12-nə kimi uzadılıb.

Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayev həmin prosesdə hakimin müdaxiləsinə etiraz edib.

Faiq Əmirlinin vəkili Aqil Layicov isə məhkəmənin belə qərarlar qəbul etməsini gözlənilən hesab edib. “Adətən Prokurorluğun belə təqdimatları məhkəmələr tərəfindən qeyd şərtsiz yerinə yetirilir”, – deyə vəkil bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button