ArxivXəbər lentiXəbərlər

İŞİD türk əsgərlərini əsir götürdü

Türkiyə Baş Qərargahı hərbçilərlə bağlı açıqlama verib.

İslamazeri.az-ın “SITE Intelligence Group” təşkilatına istinadən verdiyi xəbərə əsasən, İŞİD terror təşkilatının silahlıları bildiriblər ki, Suriyada 2 türkiyəli hərbçini əsir götürüblər.

Xatırladaq ki, daha əvvəl Türkiyə Baş Qərargahından bildiriblər ki, Suriyanın şimalında keçirilən “Fərat Qalxanı” əməliyyatında iştirak edən iki türkiyəli hərbçi ilə komandanlıq arasında əlaqəyə kəsilib.

“İŞİD xəbər verib ki, Hələbin yaxınlığında yerləşən əl-Bab şəhərində şərqdəki kəndin yaxınlığında 2 türkiyəli hərbçini əsir götürüb.”, – deyə SITE-nin “Twitter” səhifəsində yazılıb.

Türkiyə Baş Qərargahından RİA-ya verilən məlumatda deyilir ki, hərbçilərlə rabitə dünən saat təxminən 15.30 radələrində kəsilib. Onların axtarışı davam etdirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button