ArxivXəbər lentiXəbərlər

“Bakutel 2016” sərgi-konfransı öz işinə başlayıb

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel 2016” sərgi-konfransı öz işinə başlayıb.

İRİB-nin Bakı ofisindən verilən məlumata görə, 29 noyabrda Bakı şəhərində 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel 2016” sərgi-konfransına start verilib. Sərgidə dünyanın müxtəlif ölkələri o cümlədən  Azərbaycan,  İran,Türkiyə, ABŞ, Fransa, Avstriya, , Belarus, Xorvatiya və digər ölkələrdən 200 şirkət iştirak edir. Bu sərgidə iştirak edən iranlı şirkətlərin sayı 9-dur. İştirakçı ölkələr Kompüter proqramları və rabitə və informasiya texnologiyaları sahəsində elektron cihazlar təqdim edəcəklər. 

İran İslam Respublikası rabitə və informasiya texnologiyaları naziri  sərginin açılış mərasimində iştirak edib. Mahmud Vaizi sərginin əhəmiyyəti barədə deyib: İran və Azərbaycan arasındakı əlaqələr müxtəlif sahələrdə o cümlədən də İCT sahəsində inkişaf etməkdədir, biz azərbaycanlı həmkarlarımızla əməkdaşlıqların genişləndirilməsi və özək şirkətlərin tanınması və əməkdaşlıqlarına zəmin yaranması üçün ən əlverişli məkanın sərgilər olduğu barədə eyni fikirdəyik. 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button