AktualAktualArxivIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Şərqi Azərbaycan Vəkillər Kollegiyası Azərbaycan xalqını dəstəklədi

Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyası Qarabağ döyüşlərində Azərbaycanın müsəlman xalqını dəstəkləməsi barədə bəyanat yayıb.

Qafqaz Həqiqətləri xəbər verir ki, Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyası Azərbaycanın müsəlman xalqını dəstəkləyən və Ermənistanın Qarabağı işğal etməsini pisləyən bəyanat yayıb.

Bəyanatda deyilir:

Allahın adı ilə

Otuz ilə yaxındır ki, Ermənistan beynəlxalq qanunları pozmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyünə təcavüz etmiş, imperializm güclərinin dəstəyi ilə bu ölkənin ərazilərini işğal etmişdir. Qarabağ müharibəsi zorla qəbul etdirilmiş bir münaqişədir və bu münaqişədə Ermənistan Azərbaycanın hakimiyyət və ərazi bütövlüyünü pozmuş, bu ölkənin ərazilərinə soxulmuş, Azərbaycanın müsəlman vətəndaşlarına qarşı beynəlxalq cinayətlər törətmişdir. Ermənilərin bu münaqişədə ən tanınmış cinayətləri kimi Xocalı və Kəlbəcər soyqırımlarını göstərmək olar.

Ermənistanın işğalçılığının davamına cavab olaraq və işğal edilmiş əraziləri geri almaq üçün Azərbaycanın son hərbi addımları İslam torpağını və türk dilli müsəlman vətəndaşlarının canını qorumaq istiqamətindədir.

Ölkələrin ərazi bütövlüyü və süverenliyinə hörmət və zor tətbiq etməklə ərazi ələ keçirməyin qadağan olması prinsiplərinə diqqət etməklə, Ermənistan ordusunun Qarabağda davamlı və hərbi hüzuru ümumi beynəlxalq hüquq və prinsipləri, BMT TŞ-nın 12 noyabr 1993-cü ildə qəbul etdiyi 884 saylı qətnaməni pozmaq sayılır.

Məlumdur ki, demokratiya fidanı sülh torpağında bitir və Qafqazda sülh Qarabağın və Ermənistanın işğal etdiyi digər ərazilərin işğalına son qoymadan mümkün olmayacaq.

Bu üzdən Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyası məntəqədə davamlı sülhə hörmətlə yanaşmağa təkid etməklə, sülhün bərqərar olmasını və davam etməsinin mümkünlüyünü yalnız Ermənistanın işğal etdiyi ərazilərdən geri çəkilməsində görür. Ermənistanın işğalçılıq və beynəlxalq qanunları pozmasını pisləməklə yanaşı öz maraqlarını işğalın davam etməsində görən xarici oyunçuların rolunu da pisləyirik, Xarici İşlər Nazirliyi, mədəni qurumlar və Kütləvi İnformasiya Vasitələrindən gözləntimiz odur ki, ötən illərdə oldduğu kimi İran İslam Respublikasının Konstitusiyasına (152 və 153-cü maddələr) tabe olaraq Azərbaycan Respublikasının zülmə məruz qalmış müsəlmanlarına diplomatik və media dəstəyi göstərsinlər.

Habelə, BMT TŞ-nın Qarabağ məsələsi ilə bağlı 4 qətnaməsinin icra edilməsinə təkid edirik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button