ArxivXəbər lentiXəbərlər

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi qarşısında aksiya keçirilib

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə Avropa Parlamentinin Azərbaycandakı vəziyyətlə bağlı qəbul etdiyi qətnaməyə etiraz əlaməti olaraq Avropa İttifaqının Azərbaycandakı (Aİ) nümayəndəliyi qarşısında aksiya keçirilib.

“Report” informasiya portalının xəbərinə görə, aksiyada Avropa Parlamentinin Azərbaycana qarşı yürütdüyü anti-Azərbaycan mövqeyinə və ikili standartlara etiraz edilib.

Aksiyada “Azərbaycanın daxili işlərinə qarışma!”, “Xocalı üçün ədalət”, “Ermənipərəst mövqeyə son qoy!”, “Avroparlament reallıq hissini itirib!”, “ATƏT ermənipərəstdir!” şüarları səsləndirilib.

Aksiyanın qətnaməsi oxunduqdan sonra sənəd Aİ-nin Azərbaycandakı nümayəndəliyinə təqdim edilib.

Avropa Parlamenti cümə axşamı bir qətnamə qəbul edərək, Azərbaycanda insan haqlarının pozulması, insan haqları müdafiəçiləri və jurnalistlərin həbsi, onlara qarşı təzyiqlərin tətbiq edilməsi adlandırdığı məsələlərlə əlaqədar bəzi Azərbaycan rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsini istəyib.

Bu qətnamədə həmçinin, Avropalı qurumlardan cari ilin noyabrında Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyasının göndərilməməsi istənilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button