ArxivIslamXəbər lentiXəbərlər

Aşuranın Azərbaycan ədəbiyyatına təsiri

Azərbaycan şairləri Aşura hadisəsini şerdə əks etdirməkdə həmişə xüsusi rola malik olublar. bu gün də müasir şairlər Aşura məktəbinin zəngin ürfani cilvələrini açıqlayırlar.

Azərbaycan şairləri keçmişdə və bu gün mərsiyə və məqtəl əsərləri ilə Kərbəlanın sönməz günəşi və onun vəfalı köməkçilərinə sonsuz sevgi və məhəbbətlərini nümayiş etdirmişlər.

Azərbaycan Respublikası Milli Elmlər Akademisyasının klassik ədəbiyyat şöbəsinin müdiri Doktor İmamverdi Həmidov bu barədə şairlərin məqtəl yazmağa üz tutmalarında Məhəmməd Füzulinin roluna toxunaraq deyib: Azərbaycan ədəbiyyatında şairlər islami dəyərlərə bağlılıqları üzündən İmam Hüseyn(ə) və Aşura hadisəsinə mərsiyə və məqtəl əsərlərinə xüsusi yer ayırmışlar. Bunun nümunəsini Füzulinin məqtəlində müşahidə edirik, bu məqtəl Hədiqətüs-Süəda əsərində əksini tapıb və Aşura hadisəsini böyük sənət qabiliyyəti ilə şer formasında bəyan edir.

İ.Həmidov İmam Hüseyn(ə) və Aşuraya diqqətin Azərbaycan şerinə mənəvi ab-hava bəxş etməkdəki roluna da toxunub: ” Qumri, Qasım bəy Zakir və Dəxil kimi bir çox şairlər İmam Hüseyn(ə) və onun köməkçilərinin qəhrəmanlıqlarını mərsiyə formasında nəzmə çəkmişlər və bu gün də onların şerləri İmam Hüseyn(ə) aşiqlərinin diqqətindədir.

Azərbaycanın müasir ədəbiyyatında da Əhli-Beyt şairləri kimi tanınan söz ustadları müxtəlif səbkilərdə dini şerlər qoşurlar və həmin şerlərin bünövrəsini qanlı Kərbəla hadisəsi təşkil edir.

Müasir əhli-beyt Şairi Seyid Nurəddin Darafərin deyir: Şəhadət, şücaət və fədakarlıq məktəbi olan aşura məktəbi Azərbaycanın müasir şairlərinin əsərlərində də xüsusi yer alır və bugünkü şairlər keçmişdəkindən daha çox bu mözuya diqqət yetirirlər.

Azərbaycan Respublikasının digər müasir şairi Səyyar isə bu barədə deyir: Azərbaycanın klassik şairləri istər açıq-aşkar, istərsə də istiarə ilə İmam Hüseyn(ə) və Həzrət Əbəlfəzli(ə) öz şerlərində yad edir və onlardan şəfaət diləyirdilər.

Aşura peyğəmbər sünnəsinin , Əli ədaləti, Həsən səbri və Hüseyn fəryadının bərpası dərsi olaraq islam dünyası şairlərinin həmişə diqqət mərkəzində durmuşdur və Azərbaycan şairləri istər keçmişdə, istərsə də bu gün bu mövzuya diqqət baxımından birincilər sırasındadırlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button