ArxivXəbər lentiXəbərlər

Astara gömrük məntəqəsinin 24 saatlıq iş rejiminə keçməsinə dair qarşılıqlı razılıq əldə edilib

Astara gömrük-keçid məntəqəsinin 24 saatlıq iş rejiminə keçirilməsi istiqamətində danışıqlar davam edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Astara gömrük-keçid məntəqəsinin rəisi Məhəmməd Şahbazi deyib. Onun sözlərinə görə aparılan danışıqlar zamanı qarşılıqlı razılıq əldə edilib.

M.Şahbazi bildirib ki, Astara(İran)-Astara(Azərbaycan) gömrük məntəqəsinin 24 saatlıq iş rejiminə keçməsi iqtisadi və ticarət əlaqələrinin genişlənməsinə imkan yaradacaq. Eyni zamanda iş adamları yüklərin daşınmasında problemlə qarşılaşmayacaqlar. Uzaq məsafədən gələn tranzit yüklər günün istənilən vaxtında gömrükdən keçə biləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button