ArxivXəbər lentiXəbərlər

Aslan İsmayılov: “A.Çovdarov və C.Hacıyev kimiləri eyni aqibət gözləyir”

Bu gün ölkədə ən qalmaqallı işlərdən biri məhz Beynəlxalq Bank, Cahangir Hacıyev məsələsidir. Digəri isə Akif Çovdarovun başlanan istintaqıdır. Akif Çovdarovla bağlı çox ciddi ittihamlar və proseslər qeyd edilir. Bu şəxslərin həbsə düşdükdən sonra onlara bağlı məmurların da ittihamları, fikirləri ən çox maraq yaradan mövzulardandır. Bir vaxtlar ciyin-çiyinə işləyən məmurlar bu gün ən ağır ittihamlarla digərini günahlandırır.

Vəkil Aslan İsmayılov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, heç kəs bu cür sınağa çəkilməməlidir: “Akif Çovdarov və Cahangir Hacıyev elə az saylı şəxslərdəndir ki, etdiklərinə görə, onlara zərrə qədər də olsa acımamışdım. Hətta bir yazı da yazmışdım ki, yıxılanı heç vaxt vurmuram. Amma Akif Çovdarov və Cahangir Hacıyev istisnadır. Bu gün Akif Çovdarovun məktubunu oxudum ona acıdım. Hesab edirəm ki, heç kəsin haqqı pozulmamalıdır. Heç kəs bu cür sınağa çəkilməməlidir.

Burada digər məsələ isə hələ də vəzifə başında olan məmurların Akif Çovdarov və bu kimi digər şəxslərə cavab verməsi, onları ittiham etməsi mövzusudur. Mən xüsusi olaraq bildirirəm ki, bu gün Akif Çovdarov və Cahangir Hacıyev kimi vəzifə başında olub, bu haqsızlıqları edənlər ciddi şəkildə düşünməlidirlər. Onlar susmalı və baş verənlərdən özləri üçün nəticələr çıxartmalıdırlar. Çünki, gec-tez bu aqibət onları da gözləyir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button