ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Armen Qriqoryan: İrəvanla Bakı arasında sülh müqaviləsinin yalnız bir bəndi ilə bağlı razılıq əldə olunub

İrəvan və Bakı sülh müqaviləsinin yalnız bir bəndində razılığa gəliblər – bu, Vyana Konvensiyasına uyğun olaraq diplomatik münasibətlərin qurulmasıdır. 
bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Milli Assambleyada deputatlardan birinin sualını cavablandırarkən bildirib.
Qriqoryan qeyd edib ki, sülh müqaviləsinin mətni üç dəfə redaktə olunub və hazırda Ermənistan tərəfi onun üzərində işləyir.
“Sülh müqaviləsinin bütün digər bəndləri üzrə razılaşma əldə olunmayıb”, deyə Təhlükəsizlik Şurasının katibi vurğulayıb.
Onun sözlərinə görə, söhbət sərhədin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması və humanitar məsələlərdən gedir. Qriqoryan əlavə edib ki, ümumilikdə bu məsələlərlə bağlı müzakirələr davam edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button