ArxivmədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Siyasi partiyanın lideri müxaliflətçilərə qarşı ağır məhkəmə qərarlarından narazıdır

Azərbaycan Respublikasının “Vətəndaş və İnkişaf” Partiyasının sədri deyib: “Niyə Azərbaycan Respublikası məhkəməsi terrorizmdə ittiham olunan erməni hərbçilərinə çox yüngül və 6 ay həbs cəzası verdi, amma siyasi müxalifət üçün uzunmüddətli həbs cəzaları verir?

Qafqaz.ir-nin məlumatına əsasən, Azərbaycan Respublikasının “Vətəndaş və İnkişaf” Partiyasının sədri Əli Əliyev “Osmanqızı TV” kanalı ilə müsahibədə deyib: “Ermənistanın terrorçu hərbçilərinə olunan mərhəmət və verilən hökmünin siyasi bir hökm olduğu tamamilə aydındır və Azərbaycan Respublikası məhkəmələrindəki vəziyyəti də açıq şəkildə göstərir; Hansı ki, qanuna baxmadan və haqq və ədalətdən uzaq hökm çıxarırlar”.

Partiya sədri əlavə edib: “Ermənistan tərəfindən Azərbaycan Respublikası hökumətinə təhvil verildiyi iddia edilən minaların ərazi xəritəsinin nə dərəcədə doğru olduğu və nə dərəcədə buna ehtiyac olduğu məlum deyil. Cəbrayıl və Zəngilan rayonlarında dövlət məmurları tərəfindən maddi mənafelərini təmin etmək üçün becərilən geniş ərazilərdə niyə mina partlamır, amma insanlar bu bölgələrdəki şəhər və kəndlərindəki evlərinə qayıtmaq istədikdə onları minalardan qorxudurlar?”

“Vətəndaş və İnkişaf” Partiyasının sədri baş verənlərin məqsədyönlü olduğunu xatərladıb. “Bu siyasi oyunlar Azərbaycan Respublikası xalqının ruhiyyəsini sarsıtmaq məqsədi daşıyır və bu hərəkətlər hökumətin Azərbaycan Respublikasının qələbə çaldığına və Qarabağ münaqişəsinin həll olunduğuna dair iddialarının məntiqli davamı sayıla bilməz”, – deyə Əli Əliyev qeyd edib.

Partiya sədri əlavə edib: “Necə olur ki, “qalib tərəf” əsirlərini tələb etmədən birtərəfli qaydada düşmən tərəfinin əsirlərini düşmən ölkəyə qaytarır?!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button