ArxivmədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ekspert qazilərin intiharına münasibət bildirdi

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü, sosial psixoloq Vüsal Nadiroğlu son günlər bəzi qazilərin intihar etməsinə münasibət bildirib.

Qafqaz.ir Rakurs.tv  istinadən Vüsal Nadiroğlunun fikirlərini olduğu kimi təqdim edir:

“Son günlər qazilərimizin intiharı həqiqətən çox sarsıdıcı və ürəkdağlayıcıdır. Mən bir vətən oğlu kimi bu xəbərləri çox ürəkyanğısı ilə oxuyuram.
Hesab edirəm ki, bu məsələylə bağlı dövlət və qeyri-dövlət təşkilatları xüsusi araşdırma və təhlil aparmalıdır.
Hər gün belə xəbərləri eşitmək cəmiyyətimiz üçün və qalib bir ordu üçün çox utancvericidir. Belə şey olmaz axı.
Cavan,mərd,igid və nər kimi oğullar niyə intihar etməlidir? Səbəb nədir?
Bu gənc – qeyrətli oğullar vətən üçün canından-sağlamlığından keçdi. Niyə intihara vadar edirsiniz bu oğulları? Niyə onların problemlərini həll etmirsiniz?
Bu nə vaxta kimi davam edəcək?
Təkrar edirəm bu rüsvayçı bir vəziyyətdir. Bu stuasiya düşməni sevindirməkdir.
Dərhal bu məsələylə bağlı xüsusi komissiya yaradılmalı və məsələnin həlli istiqamətində praktiki işlər görülməlidir.
Bu hər bir Azərbaycanlını narahat etməlidir. Xüsusən dövlətin aidiyyəti məmur və qurumlarını. O qurumlar ki, qaziləri mitinqə və aksiyalara məcbur edir.
Qazilərin haqlarını,müavinətlərini və medallarını kəsənlərə ar olsun!
Işinizdə məsuliyyətli olun. Bu dövlətin, xalqın büdcəsindən əmək haqqı alırsınız.
Bu vətən torpaqlarında o şəhid və qazilərimizin hesabına rahat gəzirsiniz.Onların haqlarının gözlərinizi kor edəcəyi günü gözləyin”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button