ArxivXəbər lentiXəbərlər

Aprel şəhidi Sərvan Mehrəliyevin doğum günü münasibətilə tədbir keçirilib – Video

Bu gün Aprel şəhidi ilk Lələtəpə şəhidlərindən olan Sərvan Mehrəliyevin doğum günüdür.

Hədəf14.az xəbər verir ki, bu münasibətlə şəhidin yaşadığı Pirallahı rayonunda Müdafiə Nazirliyi tərəfindən tədbir keçirilib. 168 nömrəli məktəbdə baş tutan tədbirdə şəhidlər o cümlədən bir neçə gün əvvəl ermınilər tərəfindən vəhşicəsinə öldürülən 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi Səlminaz Quliyeva bir dəqiqəlik sükutla yad edilib. Daha sonra dövlət himni oxunub. Nazirlik rəsmisi gələn qonaqları salamlayaraq öz təşəkkürünü bildirib. Şəhidin mülki və hərbi həyatından, bacarıq və naliyyətlərindən danışılıb. Sərvan Mehrəliyevin hərbi xidmətdə olduğu müddətdə istər əsgər istərsə də zabitlər tərəfindən sevilib rəğbət bəslənən əsgərlərdən olduğu vurğulanıb. İctimai-siyasi xadimlərin də iştirak etdiyi tədbir hərbi musiqilərlə davam edib. əməkdaşımızın şəhidin adına təşkil edilən tədbirdən əldə etdiyi video görüntüləri sizə təqdim edirik.

Xatırladaq ki, Sərvan öz qardaşı Namiqlə hərbi xidmətlərini eyni hərbi hissədə ediblər. Hər iki qardaş – Namiq və Sarvan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsi tərəfindən 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılmış və hər ikisi cəbhə xəttində, “N” saylı hərbi hissəsində xidmətə başlamışlar. Xidmətdə olduqları 10 ay müddətində nümayiş etdirdikləri nizam-intizama, bir neçə dəfə mühüm hərbi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdiklərinə görə fəxri fərman və təşəkkürnamə ilə təltif ediliblər. Aprel ayının 1-dən 2-nə keçən gecə cəbhənin Füzuli istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən hər iki qardaş qaynar döyüş gedən ön mövqedə döyüşüblər. Düşmənin təhlükəli atəş nöqtəsini susdurmaq üçün ilk olaraq böyük qardaş Namiq irəli atılıb. Lakin onun polad dəbilqəsinə dəyən snayper gülləsi Namiqin irəliləməsinə mane olub. Daha sonra onların bir döyüş yoldaşı eyni əməliyyatı yerinə yetirməyə çalışsa da qolundan yaralanıb. Nəhayət üçüncü cəhddən bu mühüm döyüş tapşırığını Sarvan yerinə yetirir və mənfur düşmənin xain gülləsinə tuş gələrək şəhid olur… Şəhid Sarvan Natiq oğlu Mehralıyev 3 aprel 2016-cı il tarixdə Ağdam rayonu, Ballar yaşayış məntəqəsində, böyük bir izdihamın müşayiəti ilə kənd qəbristanlığında torpağa tapşırılıb.!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button