ArxivXəbərlər

ANS kəlbəcərlilərdən üzr istəməyəcək

прррр

Aprilin 2-si, Kəlbəcərin işğal günü “Xəbərçi” proqramının saat 21:00 buraxılışında efirə gedən “Kəlbəcərsiz 21 il” başlıqlı süjet qalmaqala səbəb olub. Kəlbəcər sakinləri bu süjetdə səslənən fikirlərə görə ANS telekanalının üzr istəməsini tələb edirlər.

Kəlbəcər sakinləri Ləman Ələşrəfqızının hazırladığı 3.37 dəqiqəlik süjetdə Kəlbəcər sakinlərinin ünvanına təhqiramiz ifadələr səsləndirdiyini iddia edirlər. Hesab edirlər ki, süjetdə qoyun-quzu fonunda səsləndirilən “bu sürü psixologiyası təkcə mülki əhalidə yox, döyüşçülərdə də hiss olunurdu” və “Kəlbəcərdən utandım.

Süd verdiyi balaları ona naxələf çıxdılar” ifadələri Kəlbəcər sakinlərinə qarşı təhqirdir. Bu məsələdən sonra Ləman Ələşrəfqızı aprelin 3-ü Feysbuk səhifəsindəki şəxsi hesabında mövzuyla bağlı belə bir status yazıb: “Ləman Jirinovskinin qızıdır və hürüb sakitləşəcək. Kəlbəcərlə bağlı süjetimdən sonra bir sıra kəlbəcərlinin mənə verdiyi qiymət. Təşəkkür edirəm”.
Daha sonra isə şərhlərdə üzr istəməyəcəyini qeyd edib: “Mən heç kimdən üzr istəməyə hazırlaşmıram. Bununla da söhbəti yekunlaşdıraq, məncə. Mənim üçün, bir jurnalist üçün əlahəzrət fakt var ortada.

Onun qarşısında hamı şlyapasını çıxarıb baş əyməlidir. Mənim ifadələrimin sübutu gördüyüm kadrlardır. Sağ olun”.
Bu gün yenidən Ləman Ələşrəfqızı ilə əlaqə saxlayıb məsələ ilə bağlı fikirlərini soruşduq. Ləman xanım bu haqda mətbuata heç nə danışmayacağını dedi: “Mən bu gün reportaj edəcəm bu haqda. Yaxşı olar “Xəbərçi”nin 15:00 buraxılışına baxın. Yəni, sözümü orada deyəcəm, heç bir KİV-ə yox”.

ANS-i təkcə kəlbəcərlilər deyil, bütün Azərbaycan xalqı, o cümlədən qaçqınlıq taleyinə məhkum olmuş insanlar yaxşı tanıyır və bizə böyük hörmətlə yanaşırlar. ANS elə buna görə də öz fəaliyyəti ilə fasiləsiz çalışır ki, qaçqınlar öz yurd-yuvasına qayıtsınlar və ANS bunun üçün əlindən gələni əsirgəmir.
Burnuna barıt qoxusu dəyməmiş, dava vaxtı, Allah bilir, başını harda gəldi girləyən araqarışdıranlara isə məsləhətimiz budur ki, bulanıq suda balıq tutmaq sevdasına düşməsinlər. Gözlərini daha geniş açsınlar və görsünlər ki, biz müharibənin birinci mərhələsini uduzmuşuq. Bunun niyə belə olması barədə özlərinə sual versinlər. Və yalnız bundan sonra sağlam beyinlə dərk etmək olar ki, qalib gəlmək üçün neyləmək lazımdır. Nə etmək lazımdır ki, Azərbaycan bayrağı ölkəmizin hər bir bucağında qürurla dalğalansın.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button