ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ankara və Təl-Əviv münasibətlərini normallaşdırır

“Əl-Cəzirə” telekanalının məlumatına görə, Fələstin xalqı və müqaviməti işğalçı sionist rejimlə münasibətlərin normallaşdırılmasını pisləyib, rədd edərkən, sionist rejimin baş nazirliyi bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail rejiminin baş naziri Yair Lapid telefon danışığında əlaqələrin tam bərpa olunması və hər iki tərəfin səfirlərinin müvafiq səfirliklərə geri qaytarılması qərara alınıb. 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iddia edib ki, İsraillə daha sıx əlaqələr Türkiyənin Fələstin məsələsindən əl çəkməsi kimi şərh edilməməlidir.

Eyni zamanda sionist rejimin 12-ci telekanalı bildirib ki, Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması üçün səfir təyin edilməsinə razılıq verilib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın bu qərarı sionist rejimin başçısı İshaq Hersoqun ötən ilin martında Türkiyəyə səfəri zamanı Ərdoğanla görüşündən sonra verilib. 

Türkiyən İsraillə münasibətləri elə bir halda normallaşdırır ki, 49 fələstinlinin şəhid edilməsi və 360-dan çoxunun yaralanması ilə nəticələnən sionist rejimin Qəzzə zolağına təcavüzkar hücumundan cəmi 12 gün keçir. 

Analitiklərin fikrincə, Türkiyənin sionist rejimlə əlaqələri bərpa etmək qərarı ölkənin iqtisadi problemlərinə uyğun olaraq, verilir. Müxtəlif iqtisadi böhranlardan əziyyət çəkən, Ankara bu problemlərin həllini Ankara-Təl-Əviv münasibətlərinin yaxşılaşdırılmasında görür.  Ankara əslində iqtisadiyyatı işğal edilmiş torpaqlarda axtarır, özü də buna fikir vermədən ki, bu arada sionist rejimlə münasibətləri normallaşdırmaqdan və işğalçılara legitimlik qazandırmaqdan əziyyət çəkən, Fələstin xalqıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button