ArxivIslamXəbər lentiXəbərlər

Analoqsuz ədalət: 2 rikət namaza görə 3 il həbs, Məscid yandıran PKK terrorçusuna – sanatoriya keyfi!

Prezident İlham Əliyev Azərbaycan Respublikasını tez-tez “ANALOQSUZ” adlandıranda, məhz bunu nəzərdə tuturmuş…

 

Artıq xəbər verdiyildiyi kimi, iyulun 3-də, Azərbaycan Respublikasının məhkəmə orqanı, namaz məhbusu kimi tanınan Azərbaycan Ruhanilər Məclsinin üzvü Şeyx Sərdar Hacıhəsənlini – “2 rikət Cümə namazı qılmaq” ittihamı ilə 3 il azadlıqdan məhrum etdi.

Bir daha qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun şikayətinə əsasən həbs edilib. O, qanunsuz olaraq “Cümə namazı” qılmaqda ittiham olunur.

Doğurda da analoqu olmayan bir qərardır – “qanunsuz namaz qılmaqda” ittiham edilmək! Bu qərarı qəbul edən nadanların diqqətinə çatdırmaq gərəkdir ki, namaz dünyəvi əməl deyil, mənəviyyatla bağlı bir əqidə məsələsidir. Dinin dövlətdən ayrı olduğu Azərbaycan Respublikası qanunlarına görə, məscidlərdə namazların qılınması və s. kimi dini məsələlərlə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məşğul olur. Bu idarə vaxtaşırı ölkə ərazisində bayram namazlarının qılınması vaxtı barədə qərarlarını elan etməklə sübut edib ki, namazların “qanuni və ya qeyri-qanuni” olması məsələsi QMİ-nin səlahiyyətləri daxilindədir. Sözü gedən məhkəmə prossesi zamanı şahid qismində çıxış edən QMİ-nin Cəlilabad, Masallı və Biləsuvar rayonları üzrə qazisi Mirqiyas Təhməzovun ifadələrindən də bəlli oldu ki, Şeyx Sərdar Hacıhəsənli şəxsən QMİ-nin sədri Hacı Allahşükür Paşazadənin göstərişi ilə Masallıda “Cümə namazı” qılmaqdan ötrü mükəlləf edilib. Elə isə sual olunur: bəs niyə QMİ-nin sədri Hacı Allahşükür Paşazadə bu “qanun pozuntusunda” məsuliyyət daşımır?! Bu suala cavab tapmaq barədə fikirləşməyə dəyərdi, amma analoqsuz qanunların (qanunsuzluqların) hökm sürdüyü bir məmləkətdə bu suala cavab axtarmağın özü də “analoqsuzluq” olar…

Bundan əvəl də dəfələrlə Azərbaycan Respublikasının məhkəmə orqanlarının analoqsuz qərarlarının şahidi olmuşuq. Ötən il, Bakı Ağır Cinayətlər Məhkəməsində Qaraçuxur qəsəbəsindəki məscidə parlayıcı vasitə atmaqda təqsirləndirilən Namiq Nəsibov və Elnur Ələkbərovun cinayət işi üzrə keçirilən məhkəmə prosesi zamanı E. Ələkbərov 15 il azadlıqdan məhrum edisə də, cinayətin digər iştirakçısı – Qaraçuxur məscidini yandıran PKK terrorçusu, PKK-nın Azərbaycandakı “Yekbun” təşkilatının həmtəsisçisi, PKK silahlı dəstələrinin tərkibində Suriyada döyüşən Namiq Nəsibov adlı kürd vətəndaş isə “məcburi müalicəyə” adı altında sanatoriyaya istirahətə gönərildi.

19260778_1147763822034701_975338216558021051_n

Qeyd edək ki, məcburi müalicə adı altında əslində azadlığa buraxılan, ya da aradan çıxarılan Namiq Nəsibov bir Öcalan aşiqi, qatı  PKK tərəfdarıdır. 2014-cü il noyabrın 26-da Qaraçuxur qəsəbəsində yerləşən «Cümə» məscidi yandıran iki nəfərdən biri olan Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında PKK terror təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikası ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan PKK terror təşkilatının Azərbaycanda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb və ətrafına tərəfdarlar toplamağa başlayıb. Hətta sosial şəbəkələr vasitəsi ilə yaratdığı təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.

Bu iki məhkəmə qərarını müqayisə etdikdə “analoqsuz” sözünü icad edən şəxsin qəbirdə neçə dəfə “çevrildiyini” təsəvvür etmək o qədər də çətin deyil. Amma əbəs yerə…

Çünki Azərbaycan Respublikasında baş verən prosseslər – mənəvi dəyərlərin məhv edilməsi, mənəviyyata və milli kimliyi dərk etməyə, onları qorumağa dəvət edən ziyalıların şərlənərək müxtəlif bəhanələrlə öldürülməsi, həbs edilərək zindanlara göndərilməsi və ya ölkədən xaric edilməsi, əvəzində isə mənəviyyatsızlığın vüsətlə təbliği ANALOQU olan bir prossesdir. Bu prosses, öz dininin, xalqının, Vətəninin düşməni olan şəxslər tərəfindən zaman-zaman Dünyanın hər yerində həyata keçirilib və keçirilməkdədir.

 

Həmid Türki

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button