ArxivIslamXəbər lentiXəbərlər

Amerika Gürcüstana bioloji təhqiqatın genişləndirilməsini təklif edib

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “Amerika Müdafiə Nazirliyinin bir qrup təmsilçisi Gürcüstanın Riçard Luqar İctimai Sağlamlıq Mərkəzinə baxış keçirdikdən sonra öz görüşlərində gürcü rəsmilərə bu mərkəzdə bioloji təhqiqatı genişləndirməyi təklif ediblər.

Qafqaz Həqiqətləri xəbər verir ki, Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova deyib: “Amerika Birləşmiş Ştatları Gürcüstana hərbi bioloji təhqiqat sahəsində əməkdaşlıq təklif etmişdir.”

Mətbuat katibi cümə günü keçirdiyi mətbuat konfransında vurğulayıb: “Moskva Amerikanın Gürcüstana Tiflisin yaxınlığında yerləşən Luqar Bioloji Laboratoriyada hərbi layihələri genişləndirmək təklifi verdiyindən xəbərdarıq.”

“Novosti”-nin verdiyi xəbərə görə, M. Zaxarova deyib ki, Amerikanın xaricdə birbaşa bioloji iştirakını gücləndirməyə təlaş etdiyini bilirik.

O əlavə edib: “Moskvanın əldə etdiyi məlumatlar göstərir ki, Amerika Müdafiə Nazirliyinin bir qrup təmsilçisi son vaxtlarda Gürcüstanın “Riçard Luqar” İctimai Sağlamlıq Mərkəzinə baxış keçirdikdən sonra gürcü rəsmilərə bu mərkəzdə bioloji təhqiqatları genişləndirmək barədə təklif verib.”

Onun sözlərinə görə, amerikalıların digər ölkələrdə də bu kimi mövcud laboratoriyalarda hərbi məqsədlərlə təhlükəli xəstəliklərə səbəb olacaq ünsürlərin diversifikasiya edilməsi və genişləndirilməsini həyata keçirmələri mümkündür.

Zaxarova sonda bildirib: “Sözsüz, amerikalıların Rusiya sərhədləri yaxınlığında mümkün təhlükəli bioloji gücə malik infrastruktur yaratması hərəkətini cavabsız qoymaq olmaz.”

Qeyd edək ki, son vaxtlar dünyada koronavirusun yayılması ilə Amerika bu virusu Çin laboratoriyalarının məhsulu kimi təqdim etməyə çalışır və bu virusa “Çin virusu” adı verməklə, onun Çin ordusu tərəfindən hazırlanaraq yayıldığını iddia edir. Lakin Pekin bu iddianı bərk təkzib etmişdir və Vaşinqtonun iddiasını Çinə təzyiq etmək üçün bir bəhanə adlandırmışdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button