ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycanın gənclər və idman nazirləri görüşüblər

İran İslam Respublikasının gənclər və idman naziri Məsud Sultanifər Bakıda azərbaycanlı həmkarı Azad Rəhimov ilə görüşündə deyib: İran dünya üzrə keçirilən idman sahələrində Azərbaycan Respublikasına məşqçi göndərmək imkanına malikdir.

Məsud Sultanifər dünən Bakıda keçirilən İslam Əməkdaşlı Təşkilatının gənclər və idman nazirlərinin 4-cü iclasının kənarında Azad Rəhimovla görüşündə deyib: Son illərdə Tehran-Bakı münasibətləri gözə çarpacaq inkişafın şhaidi olub.

Sultanifər İİR prezidentinin Bakıya son səfərində İran ilə Azərbaycan Respublikası arasında 8 əməkdaşlıq sənədinin imzalanmasına toxunaraq iki ölkə arasında dərin ortaqlıqların qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün əlverişli potensial yaratdığını bildirib və deyib: Hər il Azərbaycan Respublikasından bir milyon nəfər İrana səfər edir və 2017-ci ildə də İrandan 320 min nəfər Azərbaycan Respublikasına səfər etmişdir.

Sultanifər deyib: İdman sahəsində indiyədək iki ölkə arasında bir çox əməkdaşlıq sənədləri imzalanıb və qarşılıqlı əməkdaşlıqlar üçün heç bir məhdudiyyət yoxdur.

Azərbaycan Respublikasının gənclər və idman naziri də bu görüşdə deyib: Tehran-Bakı münasibətləri hal-hazırda ən yüksək səviyyədədir və iki ölkənin prezidentləri son 4 ildə 11 dəfə biri-biri ilə görüşüblər.

Rəhimov deyib: İdman sahəsində iki ölkə əlaqələri əlverişli səviyyədədir və bütün idman yarışlarında İran və Azərbaycan idmançlıarı iştirak edirlər. Azərbaycan Respublikası gənclər və idman naziri iki ölkə arasında gənclər həftəsinin keçirilməsi təklifi ilə çıxış edərək deyib: Bu təşəbbüs gənclərin digər mədəniyyət və adət-ənənələrlə tanış olmalarına səbəb olar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button