ArxivXəbər lentiXəbərlər

“Müraciətimiz nəticəsiz qalsa, aksiyalara başlayacağıq”

Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin iclası keçirilib.
İslamazeri.az-a daxil olan məlumata görə, iclasda ömürlük məhbusların saxlanma şəraiti, bəzi məhbusların müraciəti və digər məsələlərlə bağlı müzakirələr aparılıb. İclasda iştirak edən tanınmış vəkil Elçin Qəmbərov Müdafiə Komitəsinin işinə hər cür kömək etməyə hazır olduğunu bildirib. Müdafiə Komitəsinin rəhbəri, QAT sədri Akif Nağı mətbuat üçün açıqlamasında qeyd edib ki, ömürlük məhbusların işi ilə tanış olduqca, onlara qarşı böyük haqsızlıqların yer aldığı üzə çıxır: “Çoxlu sayda qanun pozuntuları olub, obyektiv araşdırmalar aparılmayıb, insanlara heç bir ciddi əsas olmadan ömürlük həbs cəzası verilib, çox vaxt subyektiv amillər üstünlük təşkil edib. Hətta hər hansı cinayətdə ümumiyyətlə iştirak etməyənlər də ən ağır cəzaya, ömürlük həbs cəzasına məruz qalıblar. Bu ədalətsizliklər aradan qaldırılmalıdır. Biz bir daha vurğulayırıq ki, bizim problemləri kənardan hansısa beynəlxalq qurum deyil, özümüz həll etməliyik. Ona görə də biz haqq-ədaləti daxildə axtarırıq, bu məqsədlə millət vəkli Mehriban Əliyevaya, Ədliyyə naziri Fikrət Məmmədova müraciətlər etmişik, amma hələ heç bir cavab almamışıq”.
A.Nağının sözlərinə görə, qaldırdıqları problemlərə reaksiya verilmir, əksinə ömürlük məhbuslara daha amansız davranılır, onlara işgəncələr verilir, məhbusların etibarnamə vermələrinə süni əngəllər yaradılır, vəkilləri ilə görüşmələrinə imkan verilmir: “Biz hələlik məktublarımıza cavab gözləyirik, əgər cavab verilməsə, tədbirlər görülməsə, dövlət başçısına müraciət edəcəyik, bu müraciətimiz də nəticəsiz qalsa, ömürlük məhbusların saxlanıldıqları Qobustan həbsxanasının qarşısında etiraz aksiyalarına başlayacağıq. Biz insanlara bu cür zülm edilməsinə, onlara qarşı haqsızlıqlara dözə bilmərik. Onu da qeyd etməliyik ki, məhbusların xeyli hissəsi Qarabağ müharibəsində savaşıb, sağlamlıqlarını itiriblər”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button