ArxivXəbər lentiXəbərlər

Akif Nağı : “Yaxşı olardı ki, Azərbayan İsraillə, İran isə Ermənistanla heç bir əlaqə qurmasın”

Qarabağ Azadlıq Təşkilatı Akif Nağı İran prezidentinin Ermənistana səfərinə münasibət bildirib.

A.Nağı qeyd edib ki, QAT İran prezidenti Həsən Ruhaninin işğalçı Ermənistana səfəri, bu səfərlə bağlı səsləndirilən bəzi ittihamlara dair bəyanat qəbul edib.

“Bəyanatda göstərilir: Qarabağ Azadlıq Təşkilatı İran prezidenti Həsən Ruhaninin işğalçı Ermənistana səfəri ilə bağlı süni şəkildə yaradılan ajiotajın yanlış olduğunu bəyan edir. Bəzi qüvvələr, şəxslər Azərbaycanın maraqlarından çıxış etmir, bəzi xarici mərkəzlərin sifarişini yerinə yetirir, konyuktur maraqlardan çıxış edirlər.
Biz həmişə istənilən hadisəyə, istənilən ölkənin siyasətinə Qarabağ prizmasından yanaşmış, yanaşır və yanaşacağıq. Bizim istənilən ölkəyə, o cümlədən, İrana və İsrailə münasibətimiz də bu prinsip əsasında qurulub. Bizim bir düşmənimiz var, o da işğalçı, terrorçu Ermənistandır. Biz hər hansı ölkəni, o cümlədən İranı özümüzdən itələməklə düşmən Ermənistanın maraqlarına xidmət etmiş olarıq. Ona görə də biz illərdir ki, Azərbaycanla İran, İranla Türkiyə münasibətlərinin yaxşılaşdırılması istiqamətində təbliğat aparırıq. Bu üç ölkənin arasındakı sıx dostluq münasibəti, möhkəm ittifaq bir çox problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində əsas rol oynayacaqdır. Məmnunluqla qeyd edirik ki, bu istiqamətdə artıq ciddi irəliləyişlər əldə olunub.
Biz həm Ermənistan, həm də İsraili işğalçı dövlət hesab edirik. Yaxşı olardı ki, Azərbayan İsraillə, İran isə Ermənistanla heç bir əlaqə qurmasın. Lakin bizim iradəmizdən asılı olmayaraq, beynəlxalq münasibətlər sistemi, həmçinin hər dövlətin konkret maraqları mövcuddur. Ona görə də hesab edirik ki, Azərbaycan İsraillə münsaibətlər saxlamaq məcburiyyətində qalırsa, bu münasibətlərdən Fələstin probleminin ədalətli həlli üçün, İran isə Ermənistanla əlaqələrindən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün istifadə etməlidir.
Bir daha bəyan edirik ki, Azərbaycan üçün istənilən şəraitdə Qarabağ maraqları hər şeydən öndə olmalıdır”. (Moderator.az)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button