ArxivXəbər lentiXəbərlər

Akif Nağı Bakıya gələcək erməni idmançılarla bağlı şok açıqlama verdi

Avropa Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Azərbaycana 30-50 nəfər erməni idmançısının gələcəyi və onların təhlükəsizliyinə yüksək səviyyədə təminat verildiyi ilə bağlı gənclər və idman naziri Azad Rəhimovun bəyanatına QAT sədri Akif Nağıdan sərt reaksiya gəlib. FaktXəbər-in məlumatına görə, ermənilərin Bakıya gəlişinin heç bir halda qəbuledilən olmadığını bildirən QAT sədri, açıqlamasında A.Rəhimovun təhlükəsizliklə bağlı bəyanatının da ciddi önəm kəsb etmədiyini bildirdi:
“Bizim bu məsələ ilə bağlı mövqeyimiz bəllidir. Əgər erməni idmançıları Bakıya gələrsə, o zaman QAT olaraq onların bu tədbirdə iştirakını əngəlləmək üçün əlimizdən gələni edəcəyik. Bu günə qədər Bakıya erməni idmançılarının gəlməsinə etiraz əlaməti olaraq zallara, idman mərkəzlərinə girməyimizə kimsə mane ola bilməyib və bundan sonra da mane ola bilməyəcək. Belə olan halda, A.Rəhimov hansı təhlükəsizlik zəmanətindən danışır, bilmirəm”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button