ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Akif Heydərli: “Hacı Əlikramın qarşısına qoyduğu ən böyük məqsədlərdən biri də dinsiz bir sistemdən çıxan xalqı düzgün dini maarifləndirməyə dəvət etmək idi”

“Azərbaycan İslam Partiyasının ilk sədri Hacı Əlikram Əliyevin şəhadətinin ildönümüdür. O, Azərbaycan İslam Partiyasının təməl daşını qoyanlardan biri və öndəri olub. AİP rəhbərliyi, qurumun bütün üzvləri onu hər zaman böyük ehtiramla yad edib”.

“Partiyanın sədri olan zamanlarda ətrafına çoxsaylı insanlar toplamış, bu sırada alimlər, filosoflar, böyük ziyalı dəstəsi olub. İlk illərdə partiyanın sıralarında 60 mindn çox üzv var idi. Hacə Əlikram ictimai xadim olaraq xalqını, millətini canndan çox sevən biri kimi tanınıb. Həmçinin cəsarəti ilə siyasi səhnədə seçilən liderlərdən idi. İslam əqidəsinə qırılmaz tellər ilə bağlı idi. Onun əyilməz ruhu bir duha simasını təmsil edirdi. Xalqın sağlam və etibarlı gələcəyi, haqq və ictimai ədalət uğrunda yorulmadan mübarizə aparırdı. Bütün təzyiqlər, həbslər və .s baxmayaraq o son nəfəsinə kimi iradəsindən dönmədi və mübarizəsini davam etdirdi, zülm və haqsızlığa qarşı çıxdı”.

AİP mətbuat xidmətinin sədri Hacı Akif Heydərli Hacı Əlikramın vəfatının 10-cu ildönümünü yad edərkən Giperssilka.ru-ya açıqlamasında bildirib. Hacı Əlikramın xalqın gələcəyi uğrunda düşünən və düşündürən bir şəxsiyyət olduğunu qeyd edən A.Heydərli davamında deyib:

“O, dini bilgilərinə görə heç də digər din xadimlərindən geri qalmırdı. O, siyasi fəaliyyətinə xalqımızın Milli Azadlıq Hərakatının fəal üzvlərindən biri kimi başlamışdı. Onun qarşısına qoyduğu ən böyük məsələlərdən biri də dinsiz bir sistemdən çıxan xalqı düzgün dini maarifləndirməyə dəvət etmək idi. Hacının cəmiyyət içində böyük məhəbbət qazanmasının səbəblərindən biri də bu idi.

Hacı Əlikram Qarabağ məsələsini bir nömrəli məsələ olaraq görmüşdü. Hacı daim Qarabağın azadlığı üçün çalışırdı. Onun qoyduğu bu məktəb bu gün də davam etdirilir.

Sonda bir daha Hacıya Allahdan rəhmət diləyir, ailəsinə yaxınlarına və bütün onu sevənlərə başsağlığı veririk”.

Xatırladaq ki, Azərbaycan İslam Partiyasının ilk sədri, el ağsaqqalı Hacı Əlikram Əliyev 2011-ci ilin 17 martında dünyadan köçüb. Həmin gün Hacı Əlikram böyük izdihamın iştirakı ilə doğma kəndi Nardaranda dəfn olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button