AktualAktualArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

AİP sədri Dr. Mövsüm Səmədov Azərbaycan xalqını təbrik edib

HEDEF14.AZ xəbər verir ki, AİP sədri Dr. Mövsüm Səmədov bu il iyul ayının 10-na təsadüf edən Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

Bismillahir-Rəhmanir-Rəhim

Zilhiccə ayının 10-na təsadüf edən və bütün müsəlman aləmində İlahi dərgaha yaxınlaşmağın simvollarından biri hesab olunan Qurban bayramı münasibətilə dünya müsəlmanlarını və Azərbaycan xalqını təbrik edirəm.

Ümid edirəm ki, bəndələrin din və Allah təala yolunda fədakarlığının nişanəsi olan İlahi ayinləri həyata keçirərək xalqımız uca mənəvi məqamlara yetişsin və bununla da cəmiyyətimizin qarşılaşdığı problem və böhranları aradan aparmağa nail olsun.

Həm də arzu edirəm ki, İmam Zaman ağa (ə.f) tezliklə zühur etsin və öz böyük cəddi həzrət İbrahimin (ə) qoyduğu “Üzümü göyləri və yeri yaradan Allaha tuturam” (“vəccəhtu vəchi lilləzi fətərəs-səmavati və ərz”) şüarını bütün bəşəriyyət üçün diriltsin, inşallah!

Dr. Mövsüm Səmədov

AİP sədri.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button