ArxivXəbər lentiXəbərlər

AİP rəhbərliyi Mövsüm Səmədovla görüş üçün rəsmi müraciət edib

Azərbaycan İslam Partiyasının funksionerləri bir müddət öncə qurumun Qobustan Qapalı tipli Həbsxanasında saxlanılan lideri Mövsüm Səmədovla görüşmək üçün rəsmi müraciət ünvanlayıblar. Həbsxana əməkdaşları həmin müraciəti mənfi cavablandıraraq görüşə icazə verməyiblər.

Bu barədə Azərbaycan İslam Partiyasından FaktXəbər-ə daxil olan məlumatda bildirilir.

Partiya səlahiyyətliləri görüş üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis vəzifəsini icra edən Hüseyn Əlixanova və Qobustan Qapalı Tipli həbsxananın rəisi, ədliyyə polkovniki Fikrət Qafarova müraciət ünvanlayıblar.

Müraciətdə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 81.7-ci və həmin məcəllənin digər müvafiq maddələrinə əsasən məhkumun qohumlarının, digər şəxslərin onunla görüşünün məqsədəuyğun hesab edilməsi qeyd olunub və Səmədov Mövsüm Mərdan oğlunun dostları ilə Qobustan həbsxanasında görüşünə şərait yaradılması istənilib.

Qeyd edək ki, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 04 noyabr tarixli hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button