ArxivIslamXəbər lentiXəbərlər

AİP lideri Mövsüm Səmədov Qobustana göndərilmək üçün məhkəməyə gətirilib

AİP lideri Mövsüm Səmədov Qobustan Qapalı Tipli təcridxanaya köçürülməsi ilə bağlı barəsində qərar çıxarılması üçün Qaradağ Rayon Məhkəməsinə gətirilib
 
Bu barədə onun vəkili Yalçın İmanov məlumat verib. Vəkilin sözlərinə görə, müvəkkilinin məhkəməyə gətirilməsi ilə bağlı onlara heç bir məlumat verilməyib və yalnız məhkəmə başladıqdan sonra ona bu barədə xəbər ediblər:  “Qaradağ Rayon Məhkəməsinin hakimin müavini ilə əlaqə saxlayaraq məhkəmənin təxirə salınmasını bildirmişəm. Səbəb isə müdafiə tərəfinin iştirakının təmin edilməməsidir.”
 
Qeyd edək ki, AİP lideri Mövsüm Səmədovun bir neçə ay bundan öncə Qobustan Qapalı Tipli Cəza Çəkmə Müəssisəsindəki 2 illik saxlanma müddəti bitmişdir. O, bundan sonra 12 saylı CÇM-nə gətirilsə də, demək olar ki, CÇM-də olduğu müddətdə əsassız yerə karser və yarım karser şəraitində saxlanmışdı. Sonuncu dəfə 2 aylıq yarımkarser müddəti başa çatsa da, ÇCM-nin rəhbərliyi əsassız yerə onun barəsində Qobustan Qapalı Tipli Təcridxanaya göndərilməsi ilə bağlı məhkəməyə təqdimat vermiş və onun həyatına qarşı digər məhbuslar tərəfindən təhlükə olmasını iddia edərək qapalı şəraitdə yenidən saxlamışdır. 
 
Qeyd edək ki, AİP liderinə qarşı baş verənlər ölkə ictimaiyyətinin, hüquq müdafiəçilərinin və beynəlxalq təşkilatların narazılığı ilə qarşılanıb.(islaminsesi)
 
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button