ArxivIslamXəbər lentiXəbərlər

AİP-in növbəti baş məclisi keçirilib

Azərbaycan İslam Partiyasının (AİP) Baş Məclisi keçirilib. AİP –in mənzil qərərgahında keçirilən məclisdə partiya rəhbərliyi və funksionerləri, komitə sədrləri, ruhani alimlər iştirak ediblər.

İslaminSesi xəbər verir ki, Baş məclisdə öncə Qurani Kərim tilavət olunub. Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Baş Məclisi giriş nitqi ilə Azərbaycan İslam Partiyası sədrin müavini, ruhani alim Emil Rahiloğlu açıb. Partiyanın Baş Məclisinin gündəliyində duran məsələləri AİP funksionerlərinin diqqətinə çatdırıb.

Daha sonra sözü AİP-in sədr əvəzi, ruhani alim Hacı İlham Əliyevə verib. Hacı İlham Əliyev partiyanın qarşısında duran vəzifələr və gələcəkdə görülməli olan işlər barədə danışıb. Ötən məclisdən bu günə qədər AİP –in həyata keçirdiyi tədbirlər və gördüyü işlər barədə məlumat verib. ABŞ prezidenti Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına münasibət bildirən AİP-in sədr əvəzi, bu məsələdə dünya müsəlmanlarını qətiyyət göstərməyə səsləyib.

Daha sonra Baş Məclisdə çıxış üçün söz AİP funksioneri Hacı Akif Heydərliyə verilib. O, da öz növbəsində partiyanın qarşısında duran vəzifələri layiqincə yerinə yetirməyə çalışdığını, AİP olaraq ölkənin ictimai-siyasi həyatında fəallıq nümayiş etdirdiklərini diqqətə çatdırıb. Qüds məsələsinə toxunan Akif Heydərli, ABŞ-ın planının fiaskoya uğradığını dilə gətirib.

AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova da çıxışında bır sıra önəmli mətləblərə toxunub. O, bildirib ki, müsəlmanlar dünyada baş verən proseslərə biganə yanaşmamalı, zülmə, istibdada göz yummamalıdır. Yəni hər bir müsəlman gücü çatdığı qədər imperializmə və zülmə öz etiraz səsini ucaltmalıdır.

Çıxışlar yekunlaşdıqdan sonra Baş Məclisdə AİP-in komitə sədrlərinin təklif və fikirləri dinlənilib, mühüm məsələlər gündəliyə salınıb. Sonda AİP-n Qüds məsələsi ilə bağlı bəyanatı səsləndirilib və səsə qoyularaq yekdilliklə qəbul edilib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button