ArxivXəbər lentiXəbərlər

Azərbaycanlı ekspert Araz Əzimovun Suriya böhranı üzrə açıqlamasını dəstəkləyib

Azərbaycan Respublikasında tanınmış siyasi ekspert Zərdüşt Əlizadə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun Suriya böhranı və Bəşşar Əsədin hökuməti barəzindəki açıqlamasını məntiqli və reallığı əks etdirdiyini bildirib və deyib: Bəşşar Əsədin Suriyanın qanuni prezidenti olaraq iqtidarın başında olması bu ölkədə təhlükəsizlik və vəhdətin qarantıdır.

Bakıda Səhər-in müxbirinə müsahibə verən Zərdüşt Əlizadə qərblilərin İŞİD kimi terror qruplaşmalarını dəstəkləmələrini tənqid edib və deyib: Ölkənin qərbyönlülərinin Araz Əzimovun açıqlamasına etirazı əsassızdır və onun açıqlaması reallığa uyğundur.

Qərblilərin Bəşşar Əsəd əleyhinə Suriya kürd və müxalif qruplarını dəstəkləməkdəki məqsədinə toxunan Əlizadə əlavə edib: Bəşşar Əsəd olmadan Suriyanın ərazi bütövlüyü reallaşmayacaq və Suriya hökumətinin müxaliflərinin bu ölkənin ərazi bütövlüyünü qorumaq gücü yoxdur.

Zərdüşt Əlizadə həmçinin sionist rejim tərəfindən Cövlan yüksəklikləri kimi Suriya ərazisinin bir hissəsinin işğal olunmasını da qınayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button