ArxivXəbər lentiXəbərlər

Xocalı soyqırımına həsr olunmuş kino axşamı keçiriləcək

Nizami Kino Mərkəzində Xocalı soyqırımının iyirmi dördüncü ildönümünə həsr olunmuş kino axşamı keçiriləcək

26 fevral 2016-cı il tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində Xocalı soyqırımının iyirmi dördüncü ildönümünə həsr olunmuş kino axşamı keçiriləcək.

İnterAz xəbər verir ki, kino xadimlərinin, ictimaiyyət və KİV nümayəndələrinin iştirak edəcəyi tədbirdə dövlət sifarişi ilə “Yaddaş” sənədli filmlər studiyasında istehsal edilmiş, Azərbaycanın Milli Qəhrəmanları Elman Hüseynov, Füzuli Rüstəmov və Əliyar Əliyevə həsr olunan “İlk komandir”, “Xocalının zamini” və “Pəhləvan komandir” sənədli filmləri nümayiş etdiriləcək.

“İlk komandir” və “Pəhləvan komandir” filmlərinin rejissoru Nizami Abbas, “Xocalının zamini” filminin rejissoru isə Zamin Məmmədovdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button