ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Aİ: Azərbaycan beynəlxalq öhdəliklərinə zidd davranır

Avropa İttifaqı Azərbaycanda jurnalist və fəalların həbsindən narahatlığını ifadə edib.

Avropa İttifaqı Azərbaycanda jurnalistlərin və fəalların həbslərinin ciddi narahatlıq doğurduğunu qeyd edib, fundamental hüquqlarından istifadə etdiklərinə görə həbs edilənlərin azad edilməsinə, ifadə azadlığı və müstəqil jurnalistika üçün azad və sərbəst məkanın təmin edilməsinə çağırıb.

Aİ-nin xarici işlər üzrə baş sözçüsü Peter Stano cümə axşamı yaydığı bəyanatda insan hüquqlarının, o cümlədən fundamental azadlıqlar və qanunun aliliyinin Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin mühüm elementləri olduğunu vurğulayıb.

Azərbaycanda ötən ayın sonlarından etibarən korrupsiya araşdırmaları ilə tanınan Abzas Media xəbər saytının direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və bir neçə əməkdaşı qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Dekabrın 13-də Abzas Media ilə əməkdaşlıq edən Turan Agentliyinin araşdırmaçı jurnalisti Hafiz Babalı həbs edilib.

Turan Xəbər Agentliyi iddia edir ki, Abzas Media jurnalistləri qaçaqmalçılıq yolu ilə ölkəyə xarici valyuta gətirməkdə ittiham edilsə də, onlar peşə fəaliyyətləri, xüsusən də yüksək rütbəli məmurların korrupsiyasına dair dərc etdikləri araşdırmalara görə cəzalandırıldıqlarını bildirirlər.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button