ArxivXəbərlər

Agentura şəbəkəsini tanıyın!

20140315_IRD001_01-620x349 (1)

“Verbovka” edilmiş fəallar siyahısı

Virtualaz.org saytının redaksiyası X.İsmayılovanın Amerika xüsusi xidmət və kəşfiyyat orqanları əməkdaşlarına təqdim etdiyi hesabatı əldə edə bilib. Bu siyahının amerikalılara “Art Garden” restoranındakı görüşdən əvvəl, yoxsa sonra verildiyini deyə bilmərik. Bu haqda bizə heç nə məlum deyil. Amma bir şey dəqiq məlumdur ki, Zadrozniyə baxanda nisbətən az təcrübəli olan gənc Vajdiçin səhlənkarlığı və Bakı aeroportunda gömrükdən keçərkən yol verdiyi diqqətsizlik X.İsmayılovanın bu hay-küylü hesabatı barədə informasiya sızıntısına yol açıb. Bu hesabat redaksiyamıza da elə gömrük xidmətindəki mötəbər mənbə tərəfindən verilib.
O hesabatdan belə məlum olur ki, jurnalist X.İsmayılova ABŞ hökumətinə ötürdüyü sənəddə Vaşinqtonun əməkdaşlığı dərhal kəsməli olduğu Azərbaycan ictimai-siyasi xadimlərinin siyahısını verib. Onun fikrincə, bu şəxslərin Əliyev hakimiyyəti ilə əməkdaşlığı artıq ifşa olunub. X.İsmayılova hesabatda onu da vurğulayır ki, bu məlumatlar onun tərəfindən bir qədər əvvəl ABŞ səfirliyinə də ötürülüb.
Bəs hakimiyyətə kimlər işləyir?
Xədicə İsmayılovanın hesabatında hakimiyyətlə əməkdaşlıq edən aşağıdakı müxalifətçilərin və vətəndaş cəmiyyəti sektoru təmsilçilərinin adları göstərilir.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu – Daxili İşlər Nazirliyindən maliyyələşir. R.Arifoğlunun siyasi idarəçiliyi bilavasitə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov tərəfindən həyata keçirilir. R.Arifoğlu DİN-ə 2006-cı ilin avqustundan işləyir.
Müsavat başqanı İsa Qəmbər – İlham Əliyev hakimiyyəti tərəfindən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun köməyi ilə “verbovka” olunub. İsa Qəmbərin fəaliyyətinin koordinasiyası Prezident Administrasiyası tərəfindən Rauf Arifoğlu vasitəsilə həyata keçirilir. İsa Qəmbərin maliyyələşdirilməsi R.Arifoğlunun hər ay DİN-dən aldığı vəsait hesabına həyata keçirilməkdədir. İsa Qəmbərin oğulları Turqut və İlkin Qəmbər də həmçinin Rauf Arifoğlu tərəfindən maliyyələşdirilir.
Müsavat Partiyası ilə hakimiyyət arasında 2015-ci il parlament seçkilərində partiyanın bir neçə fəalına deputat mandatı verilməsinə dair razılaşma əldə olunub. Əldə edilmiş razılaşmaya əsasən növbəti çağırış parlamentdə deputat mandatını İsa Qəmbər özü, habelə onun partiyasının bir neçə təmsilçisi də əldə edəcək. Separat razılaşmanın şərtlərinə riayət edən İsa Qəmbər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Milli Şuranı parçaladı, hakimiyyətlə əməkdaşlıq etməyə başladı və konstruktiv müxalifət mövqeyi tutdu.
Siyasətçi Arif Hacılı, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri – Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən ələ alınıb.
Jurnalist Eynulla Fətullayev – 2002-ci ildən Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edir. E.Fətullayevin hərəkətləri belə təsəvvür yaradır ki, onun 2007-ci ildəki həbsi, sonrakı məhbusluğu və səs-küylü şəkildə azad edilməsi Azərbaycan xüsusi xidmət orqanlarının planlarının bir hissəsi idi. X.İsmayılova jurnalisti həddən artıq təhlükəli və məkrli adam kimi xarakterizə edir.
Siyasətçi Həsən Kərimov, AXCP sədrinin müavini – MTN-in Antiterror Mərkəzi ilə birbaşa əlaqədədir. İdarə olunur.
Siyasətçi Eldar Namazov – 80-ci illərin sonlarında SSRİ KQB-si tərəfindən “verbovka” olunub. İnformasiya Azərbaycan KQB-nin keçmiş sədri Vaqif Hüseynov tərəfindən də təsdiqlənir. 80-ci illərin sonlarında E.Namazov Azərbaycan KQB-si ilə analitik və xüsusi agent qismində əməkdaşlıq edib.
SSRİ-nin dağılmasından sonra xüsusi agent Rusiya xüsusi xidmət orqanlarının nəzarətinə keçib. Hazırda Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq edir və maliyyələşdirilir.
İctimai fəal Erkin Qədirli – Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin rəhbəri Fuad Ələsgərovla əməkdaşlıq edir. Onunla tez-tez görüşür və bilavasitə F.Ələsgərovun özündən təlimatlar alır. Məhz Ələsgərov E.Qədirlini həbslərdən və repressiyalardan qoruyur.
Jurnalist Babək Bəkir – “Azadlıq” radiostansiyasının Azərbaycan xidmətinin rəhbəri. Xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir. X.İsmayılovanın agentura hesabatında göstərilir ki, məhz Babək Bəkirin hakimiyyətə yaxınlığı ona radiostansiya rəhbərliyinin Azərbaycan hakimiyyətinin təzyiqləri ilə X.İsmayılovanı vəzifəsindən uzaqlaşdırandan sonra xidmətin rəhbəri vəzifəsini tutmağa imkan verdi.
Jurnalist Mehman Əliyev – Babək Muradov adlı sahibkarın vasitəsi ilə MTN-lə əməkdaşlıq edir. Babək Muradov MTN rəhbərliyinə yaxın şəxsdir. M.Əliyev maskalanmış radikal müxalifətçi rolunda B.Muradova informasiyaları sızdırır.
Əbülfəz Elçibəyin ailəsi – tamamilə Prezident Administrasiyası tərəfindən nəzarət olunur və maliyyələşdirilir. Eks-prezidentin ailəsi ilə administrasiya arasında vasitəçiliyi Elçibəyin qardaşı Almurad Əliyev həyata keçirir. Administrasiya ilə həmçinin İsa Qəmbərin müavini, keçmiş deputat Arzu Səmədbəyli də əməkdaşlıq edir.
Siyasətçi Mirmahmud Fəttayev – Şeyxülislam Allahşükür Paşazadə vasitəsilə hakimiyyətlə əməkdaşlıq qurub. Onun nəzarəti və təsiri altındadır.
ReAl hərəkatı İdarə Heyətinin üzvləri Natiq Cəfərli, Zöhrab İsmayıl, Xalid Bağırov və hərəkatın digər üzvləri də Prezident Administrasiyasının siyasi analiz şöbəsinin rəhbəri Elnur Aslanovla fəal əməkdaşlıq edirlər. Məhz E.Aslanov ReAl hətəkatının yaradılmasının ideya müəllifi və təşəbbüskarıdır.
Siyasətçi Sərdar Cəlaloğlu – Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbərinin müavini Tahir Süleymanov tərəfindən koordinasiya olunur və idarə edilir.
Hüquq müdafiəçiləri Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Arzu Abdullayeva, Eldar Zeynalov – Leyla Yunus istisna olmaqla bunların hamısının fəaliyyətini Ədliyyə Nazirliyi və Milli Məclisin Beynəlxalq Məsələlər Komitəsinin sədri Səməd Seyidov koordinasiya edir.
Siyahıda göstərilir ki, hüquq müdafiəçisi Elçin Behbudov daxili işlər naziri Ramil Usubov və MTN rəhbəri Eldar Mahmudovla əməkdaşlıq edir…
Xədicə İsmayılovanın Zadrozni və Vajdiçə təqdim etdiyi siyahıda vətəndaş cəmiyyəti sektorunun, QHT və KİV-lərin hakimiyyətlə əməkdaşlıq etdiyi iddia olunan 100-ə yaxın nümayəndəsinin adları göstərilir./bugun.az/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button