ArxivXəbər lentiXəbərlər

Abşeronun İcra Hakimiyyəti vətəndaşın evini sökdürdü – FOTO

Aprelində 13-də toy mərasimi olacaq ailənin evi sökülüb. Abşeronun İcra Hakimiyyəti Saray qəsəbəsi, Rza Təhmasib küçəsi – 12 ünvanında yerləşən Hüseynov Rəsul Əjdər oğluna məxsus evi dağıdıb.
Hazırda küçədə qalmış ev sahibi Rəsul Hüseynov FaktXəbər-in əməkdaşına bildirib ki, evi 1999-cu ildə Abşeron İcra Hakimiyətinin sərəncamına əsasən tikib: “Evdə ailə üzvlərimlə birlikdə yaşayırdıq. 10 nəfərdən ibarət ailə küçədə qalıb. Onlarsdan 4-ü körpə uşaqdır. Aprelin 13-də oğlumun toyu olacaqdı. Gəlinimin cehizlərini evlə birlikdə dağıtdılar”.
Ev sahibi qeyd edib ki, icra evini sökməmişdən əvvəl ondan 15 min manat pul və 4 sot torpaq istəyib:  “Təbii ki, bunu verməyə gücüm çatmadı. Evminin sənədlərinin hamısı qaydasındadır. İcra Hamiyyəti qoşunla evimə gəldi və qısa müddətdə evimi yerlə-yeksan etdi. Çadır tələb etməmizə baxmayaraq, onu da bizə vermədilər. Hazırda çöldə qalırıq, gəlib baxa bilərsiniz”.
Qeyd edək ki, hazırda Abşeron rayonunun icra başçısı İradə Gülməmmədovadır və prezident İlham Əliyevin Abşerondakı nümayəndəsidir.
Prezidentin sərəncamı ilə bütün sənədsiz evlərin qeydiyyat işlərinin aparılmasına göstəriş verilməsinə baxmayaraq nədənsə Abşeron rayonunda buna əməl olunmur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button