ArxivXəbər lentiXəbərlər

Azərbaycan R-da bir politoloq bəzi mediaların şantajını tənqid edib

Azərbaycan Respublikasında siyasi ekspert Rövşən Novruzoğlu ölkəsindəki bəzi mediaları bu ölkənin dindarları və din xadimlərinin etirazlarını İŞİD kimi terror qrupları ilə əlaqələndirmələrini kəskin tərzdə tənqid edib.

O, bildirib ki, Azərbaycan Respublikası bir şiə ölkəsidir və dindarların, xüsusən şiə din xadimlərinin haqsevər təmayüllərini ifratçılıq adlandırmaq olmaz.

Rövşən Novruzoğlu qeyd edib ki, hakimiyyət şiə möminlərin hüquq və təhlükəsizliklərinin təmini sahəsində səy göstərməlidir. O, din xadimləri və səlahiyyətli şəxsləri səbir və təmkinliliyə çağırıb.

Bu pollitoloq ölkə vətəndaşları arasında mövcud olan birlik və həmrəyliyi Azərbaycan Respublikasının xeyrinə adlandırıb və belə deyib: Bu birlik və həmrəyliyin ən çox zərəri vəhhabilərə və təkfirçi qruplara yönəlibdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button