ArxivXəbər lentiXəbərlər

Rəsmi açıqlama: Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsi özəl danışıqları dinləməklə məşğul deyil

Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsi heç bir özəl danışıqların dinlənilməsi ilə məşğul olmur. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, müdafiə nazirinin müvafiq əmrinə əsasən, Xüsusi Təhlükəsizlik İdarəsi Silahlı Qüvvələrin xidməti radio və telefon rabitəsinin təhlükəsizliyinin təminatı ilə məşğuldur.

Nazirliyin məlumatında o da bildirilir ki, Silahlı Qüvvələrin hərbi qulluqçusu polkovnik Ağalar Manafov xidmətdə yol verdiyi nöqsanlara görə Müdafiə Nazirliyi Dövlət Sirrinin Mühafizəsi Xidmətinin rəisi vəzifəsindən azad olunub. Onun Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsinə heç bir aidiyyəti yoxdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button