ArxivXəbər lentiXəbərlər

ABŞ Səudiyyə Ərəbistanı ilə birlikdə vəhhabilik və İŞİD-dən islam və müsəlmanlara qarşı faydalanır

Azərbaycan Respublikası İslam Partiyası sədrinin müavini Akif Heydərli deyib: Vəhhabilik Amerikanların Səudiyyə Ərəbistanının müşayiəti ilə İslam və Müsəlmanlara qarşı istifadə etdikləri bir vasitəyə çevrilib.

Bakıda SəhərTV-nin müxbirinə müsahibəsində Akif Heydərli Ali-Səud rejiminin müsəlman ölkələrdə törətdiyi cinayətlərini xatırladıb, İŞİD-in bu rejimin fəaliyyətlərinin məhsulu olduğunu bildirib və deyib: Vəhhabiliyin müsəlman ümmətinə vurduğu ziyanlar önəniləsi deyil.

Akif Heydərli deyib: Səudiyyə Ərəbistanı islam dünyasında ifratçılığın geniş yayılmasının əsas səbəbkarıdır, bu rejim beynəlxalq ictimaiyyətin ümumi fikrində islamın nurani simasına xələl gətirib.

AİP sədr müavini Səudiyyəlilərin Azərbaycan Respublikasındakı fəaliyyətlərinə də münasibət bildirib: ” Suriya və İraqda İŞİD terror qrupuna qoşulan Azərbaycanlı vəhhabilərin ölkəyə qayıdacaqları təqdirdə Azərbaycanda ifratçılığın genişlənməsi ehtimalı güclənəcək.

Akif Heydərli deyib: 2000-2004 illərində Azərbaycanda vəhhabiliyin gücləndirilməsi əlamətlərini gördükdə xəbərdarlıq edərkən bəzi müvafiq dövlət orqanları “dini balans” siyasətini həyata keçirir və bu xəbərdarlıqlara etina etmirdilər.”

AİP sədr müavini deyib: Səudiyyə Ərəbistanı Azərbaycan Respublikasındakı vəhhabilərə maliyyə dəstəyi verir və bu da ölkədə ifratçılığın genişlənməsinə səbəb olur.

Azərbaycan İslam Partiyasının sədr müavini deyib: Tarix boyu, hətta SSRİ dövründə Azərbaycanda vəhhabi olmamışdır, sadəcə sovet dağılandan sonra vəhhabi və nurçu qruplar Azərbaycana nüfuz etməyə başladılar.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button