ArxivXəbər lentiXəbərlər

ABŞ paytaxtında Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası – FOTOLAR

“Saxta ittihamlarla həbs edilmiş bloger dördüncü həftədir Bakı həbsxanasından aclıq keçirir.”

“Fikri ifadə etmək azadlığını boğmaq olmaz… Biz Mehman Hüseynovun və Azərbaycandakı bütün digər siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirik”, deyə mitinqin təşkilatçısı, Vaşinqtonda Crude Accountability qeyri-kommersiya təşkilatının icraçı direktoru Keyt Uotters bildirib.

“Onlar pis heç nə etməyiblər. Onlar qanunları pozmayıblar… OnOnların etdiyi tək şey korrupsiyanı ifşa edən vətəndaşlar kimi öz vəzifələrini yerinə yetiriblər. Və biz bütün dünyada onlarla həmrəyik”, deyə o, əlavə edib.

Digər etirazçı, “Dərhal azadlıq” təşkilatından Karl Horberq qeyd edib ki, beynəlxalq ictimaiyyət “Azərbaycan hökumətinin jurnalistikanın cinayət olduğunu iddia etməsinə və öz vətəndaşlarını istədikləri qədər barmaqlıqlar arxasında saxlamasına imkan verməməlidir”.

Bir neçə siyasi məhbus, habelə fəallar və müxalifət xadimləri Bakıda Mehman Hüseynovla həmrəylik əlaməti olaraq aclıq elan ediblər.

Etirazçılar həmçinin ABŞ siyasətçilərini və beynəlxalq maliyyə institutlarını “insan hüquqları, plüralizm və demokratiya sahəsində öz öhdəliklərini davam etdirməyə və Azərbaycan rejimi ilə əməkdaşlığa son qoymağa çağırıblar.

“Mehman Hüseynov və bütün digər siyasi məhbuslar azad edilənə qədər onlar korrupsiya və insan hüquqları pozuntularına şərait yaradan neft və qazın maliyyələşdirilməsinə son qoymalıdırlar”, deyə Crude Accountability-nin proqram direktoru Sonya Zilberman bildirib.

Azərbaycanın Vaşinqtondakı səfirliyi şərh vermək barədə sorğuya cavab verməyib. (Turan.az)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button