ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Sionistlər istəklərinə çata bilmirlər

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) yüksək vəzifəli üzvü deyib: Təkcə HƏMAS-ın əlində 30 İsrail generalı və yüksək rütbəli zabiti var.
Adı açıqlanmayan bu HƏMAS rəsmisi “Əl-Ərəbi Əl-Cədid”-ə müsahibəsində əlavə edib: “Biz sağ olan israilli məhbusların sayını açıqlaya bilmərik, lakin onların sayı İsrail mediasında açıqlanan statistik məlumatlardan xeyli çoxdur.
Onun sözlərinə görə, təkcə HƏMAS hərəkatının əlində oktyabrın 7-də hərbi qərargahlardan və bəzi həssas təhlükəsizlik qərargahlarından əsir götürülən 30-a yaxın İsrail generalı və yüksək rütbəli zabiti var.
HƏMAS-ın bu yüksək rütbəli üzvü daha sonra deyib: “Bu əsirlər ciddi mühafizə olunan və işğalçı qüvvələrin əli çatmayan yerlərdə saxlanılır və onlara çıxış heç bir halda mümkün deyil”.
Bu arada sionist rejim ordusu Qəzzədə cari müharibədə 606 hərbiçisinin öldürüldüyünü etiraf edib.
Sionist rejim ordusu həmçinin Qəzzə zolağının şimalında baş verən qarşıdurmalarda daha bir mayor rütbəli hərbiçinin öldüyünü etiraf edib.
Buna əsasən, 2023-cü il oktyabrın 7-də Əl-Əqsa tufanı əməliyyatının başlamasından bu yana sionist rejimin müxtəlif cəbhələrdə öldürülən və elan etdiyi hərbiçilərin sayı 606 nəfərə çatıb.
İtkilərin 261-i Qəzzə zolağında quru əməliyyatları ilə bağlıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button