ArxivXəbər lentiXəbərlər

Məhkəmə zalında kütləvi dava – Foto

Məhkəmə zalında kütləvi dava düşüb. Dava salanlar məhkəmədə hakimdən onların dostlarına qarşı münasibətə etiraz ediblər. Davanı sakitləşdirmək üçün məhkəmə zalına polis çağrılıb.

qafqaz.ir 112.ua-ya istinadən xəbər verilir ki, dünən axşam saatlarında Kiyev rayon məhkəməsinin zalında “Ukrayna millətçilər təşkilatı” (OUN) lideri Nikolay Koxanovskinin məhkəmə prosesi keçirilib.

Məhkəmə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarmaq istəsə də, OUN üzvləri məhkəmənin qərarına etiraz edərək liderləri barədə çıxarılan hökmə mane olmağa çalışıblar.

Məhkəmə Koxanovskinin tərəfdarlarının zalı tərk etməyi tələb etsə də, onlar buna etiraz edərək, liderlərinin azad olunmasını tələb ediblər. Bundan sonra məhkəmə zalında mübahisə yaranıb və mübahisə davaya çevrilib. Bu zaman məhkəmə zalında polislə müxalifətçilər arasında qarşıdurma yaranıb. Polis  dava iştirakçılarına qarşı gözyaşardıcı qazdan, səsbatırıcı qumbaradan istifadə etsə də, qarşı tərəf əlinə keçən əşyalarla polisə müqavimət göstərib. Onlar məhkəmə zalında olan mebel və digər əşyaları polisə atıblar.

Без названия

pic_dc1189a17428aa47f78cfb42e0b10210

1112371054

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button