ArxivXəbər lentiXəbərlər

ABŞ-da Cəmil Həsənliyə türk diplomatın – Şok cavabı

Pərt vəziyyətə düşmüş güruhbaşılar bir-birinin ardınca səhv addımlara yol verdilər. Bunlardan ən ciddisi şübhəsiz ki, oktyabrın 31-də ABŞ-da “Milli Mətbuat Klubu” adı ilə fəaliyyət göstərən təşkilatda keçirilən tədbirdir.

bu sözləri Real TV-nin sahibi, tanınmış jurnalist Mir Şahin “Mir Şahin vaxtı” proqramında bildirib. O deyib ki, Cəmil Həsənli və Sevinc Osmanqızı bu tədbirdə Azərbaycanın ünvanına sərt tənqidlər səsləndiriblər:

“Cəmil Həsənli “Azərbaycanın ən böyük problemi internet azadlığının olmamasıdır” deyəndə, Türkiyənin ABŞ-dakı səfirliyinin nümayəndəsi istehza ilə belə müdaxilə edib: “Amma bizdə olan məlumata və xalqın fikrinə görə, Azərbaycanın ən böyük problemi Qarabağdır”.
Cəmil Həsənli və Osmanqızının Azərbaycanı FETÖ ilə əməkdaşlıqda günahlandırımasına da türk diplomat sərt cavab verib. O, FETÖ ilə bağlı ittihamları rədd edərək, Azərbaycanın Türkiyənin yanında olduğunu, ən birinci dəstək göstərənlərdən biri olaraq müvafiq məktəbləri bağladığını qeyd edib və bu dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü ifadə edib.

Türkiyəli diplomatın vətənpərvərlik mövzusunda açıq dərsi bununla yekunlaşmayıb. O, Cəmil Həsənli və digər çıxışçılardan oktyabrın 30-da separatçı Dağlıq Qarabağ rejiminin nümayəndəsinin Konqresin binalarının birində keçirdiyi tədbirə etiraz etmək üçün yığışmış Azərbaycan icmasına niyə qoşulmadıqlarını soruşub. Ən üzücü məqam isə ondan ibarətdir ki, Cəmil Həsənli və ətrafının ABŞ-da Azərbaycana qarşı tədbir təşkil etdiyi bir zamanda qondarma “dqr”in nümayəndə heyəti də Konqresdə və digər instansiyalarda görüşlər keçirirdi. Və bu, ilk dəfə deyil. Qaragüruhun separatçı rejimlə eyni zamanda və eyni tələblərlə, eyni ittihamlarla unison tədbir keçirməsi təsadüfə qətiyyən bənzəmir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button