Arxiv

Abdolbari Goozalin, Zərrabın həbsdə olmasından nə qədər qazanacağını demək çətindir

Biz hərdən qeyd edir ki, Azərbaycanda iranlı iş adamları müxtəlif bəhanələrlə hakimiyyətin təzyiqlərinə mərzu qalır, bura İrandan müxtəlif səpkili istehlak malları daşıyan nəqliyatçılardan tutmuş iri tacirlərə qədər hamısı aiddir. Onların hakimiyyətin təzyiqinə məruz qalmasının yeganə səbəbi iranlı olmasıdır.

 

Ancaq mətbuatdan aldığımız məlumatlardan belə çıxır ki, Azərbaycan iranlı biznesmenlərin təzyiqlə üzləşdiyi yeganə ölkə deyil, bura həm də Rusiya və Türkiyə də daxildir ki, orda da represiyaya məruz qalan iranlı iş adamlarının üzləşdiyi təzyiqlərin bir ucu gəlib Azərbaycana çıxır.

Bir neçə gün əvvəl Rusiyada çox böyük çətinliklə həbsdən yayına bilən Pərviz Nəcəfabadi Fərəhani haqqında məlumatlar yayıldı, bu iranlı iş adamı 20 milyard avro pulu xilas etmək üçün Moskvaya yollanmışdı hansı ki, həmin pulun 500 milyonunu əliyev rejiminin adamları artıq ələ keçirib və növbəti dəfə daha böyük məbləğdə həmin puldan götürmək üçün Fərəhanini istifadə etməyə çalışır, hələ də Fərəhani fərqində deyil ki, onu Moskva ilə əlaqələndirən, ona dəstək verən əliyev rejiminin adamları iranlı iş adamından istifadə edib 20 milyarddan daha artıq “pay” əldə etmək niyyətindədir.

Nəcəfabadi əhvalatında bir maraqlı məqam da bundan ibarətdir ki, baş verənlərdə İranla Rusiya və Avropa arasındakı münasibətlər elə bir səviyyədə qabardılır ki, Azərbaycan hakimiyyətinin bu işdə rolu pərdə arxasına keçir. Nəcəfabadi ilə işini görə bilməyəcəyini gördükdə dövriyyəyə başqa bir şəxsin də girəcəyini gözləmək və bu dəfə əliyev rejiminin həmin puldan 2-3 miyard pul əldə edəcəyini gözləmək olar.

Bunlar isə İran dövlətinin halal pullarıdır, ancaq sahibinə verilmir. Rusiyada saxlanılan İran pulları ilə bağlı məsələ bitməmiş digər bir ölkədə-Türkiyədə Ərdoğan hakimiyyətinin “antikorrpusiya” əməliyyatı adı ilə Gülənə qarşı başladığı müharibədə gündəmə gələn məşhurlar arasında ən önəmli isimlərdən biri iranlı biznes adamı Rza Zərrab oldu.

İranlı Rza Zərrabı Azərbaycan mətbuatı azərbaycanlı kimi təqdim edir, ancaq bağlılıq təkcə Zərrabın türk mənşəliyi ilə bitmir, həm də onun Azərbaycanla işgüzar bağlılıqları da qeyd olunur. Türkiyədəki son həbslər və bu əhvalatda Zərrabla bağlı məlumatlar barədə mətbuat az yazmır, bu gün də bəlli olub ki, Rza Zərrabın rəisi Babək Zəncani adlı başqa bir iranlı iş adamıdır.

Həm Zəncani həm də Zərrab çox böyük sərvət sahibidir. Zərrabın Azərbaycandakı biznes əlaqələrinin qurulmasında da Zəncaninin xeyr duası və dəstəyinin olması şübhəsizdir. Mətbuatında gedən açıqlamalarda iddia olunur ki, Zərrabın Azərbaycandakı əlaqələri QMİ sədri Allahşükür Paşazadənin qardaşı, Milli Məclisin deputatı Cavanşir Paşazadə üzərindən qurulub. Verdiyi açıqlamada Paşazadə bunu təkzib edir. Ola da bilər Paşazadənin həqiqətən Zərrabla tanışlığı heç yoxdur, ancaq Rza ilə işgüzar münasibətlərinin olduğunu təkzib edən başqa bir şəxs- “Azərsun” Holdinqin sahibi Abdolbari Goozal həqiqəti gizlətməyə çalışır.

Goozal təkcə Zərrabın Azərbaycandakı və Türkiyədəki əlaqələndiricisi deyil, həm də Nəcəfabadini Moskvadakı 20 milyard avro İran pullarının sahibinə qaytarılmasında yardım etmək üçün vəd vermiş, inandırmış və ona Azərbaycan xüsusi xidmət orqanlarının dəstəyini təmin etmiş şəxsdir. Abdolbari Goozalin Zərrabın həbsdə olmasından nə qədər qazanacağını demək çətindir, çünki məlumatlar yetərli qədər deyil, bunu da təsadüfən qeyd etmədik, çünki təcrübədə, xüsusilə iranlı biznesmenlərin bədbəxtçilikləri hesabına Abdolbari Goozal az pul qazanmayıb.

Biz iddia etmirik ki, Zərrab Türkiyədə heç bir qanunsuz iş görməyib, ancaq onun gördüyü işlərdə özündən daha çox elə türk və kürd iş adamları çox qazanıb. İranlı biznesmenlərə qarşı baş alıb gedən represiya sanksiyalara məruz qalan İslam Respublikasını zəiflətmək üçün aparılan kampaniyanın tərkib hissəsidir ki, bu işində arxasında sionistlər durub, onlara Türkiyədə, Rusiyada və Azərbaycanda olan hakimiyyətlər isə ləbbeyk deyir.

Bir daha qeyd edirik ki, bu İrana qarşı aparılan böyük kampaniyanın bir hissəsidir. İran hakimiyyətinin Zərrab, Nəcəfabadi və digər iş adamları ilə bağlı reaksiyasını ictimaiyyətlə tanış etməməsi uzaqgörən siyasətdən xəbər verir. Ancaq Abdolbari Goozal və Azərbaycanda ona dəstək verən general Bəylər Əyyubov kimi adamlar bundan sui istifadə edib, iranlı iş adamlarının canı və qanı bahasına pul qazanır, bu azmış kimi onları başqalarının oyununa da yem etməyə cəhd edir.

Onu da qeyd edək ki, bu mövzu hələ bir müddət gündəmdə qalacağını demək olar, gələcəkdə başqa iri çaplı iş adamlarının hansı oyunların qurbanı olacağı haqqında da məlumatlar yayıla bilər. İrandan Azərbaycana inşaat materialları satan Məhəmməd Sərvərinin də başına gətirilən olmazın işlər elə bu qəbildəndir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button