ArxivFatimi yaşayişIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Abbas Hüseyn Silahlı Qüvvələr günü münasibətilə hərbçiləri təbrik etdi

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Abbas Hüseyn həbsxanadan məktub ünvanlayıb.

“Hər zaman Azərbaycan xalqının yetişdirdiyi əsgər əməlləri ilə dastanlar yazıb. İnsanların daxilində buna əminlik yaradıb ki, istənilən anda başlanılan qətiyyətli müharibənin taleyi bizim qələbəmizlə sonlanacaq. Əqidəmizdə möhkəm qalıb qəlbimizdə imanımızla,cəsarətimizlə silahımız olmasa belə,Allahın izni ilə bütün istehkamları dağıdıb keçəcəyik.

Döyüşdə texnikalar, tanklar, toplar gərəkli və lazımdır, amma bunlardan daha çox hər bir əsgərin cəsarəti, qəlbindəki imanı, inamı önəmlidir. Qəlbində iman, özündə cəsarət olmayan birini atom və nüvə silahları ilə də döyüşə göndərsən bir şey əldə edə bilməz. Görünən dağa bələdçi axtarmazlar. Sübutumuz Ermənistandır. Bahalı raketlər, S 300-lər, qadağan olunmuş silah növləri, qaz bombalar, ağ fosforlu silahlarla nə edə bildi?! Bütün kin və nifrəti ilə öz xalqını on illərlə arxaya aparmağı bacardı.  Amma bizim zəfər qazanmış ordumuzun əsgərləri öz imanları, cəsarətləri və inancları ilə meydanlara girdilər, düşməni geri oturtdular. Bəli bizim ordumuzun hər bir əsgəri güclüdür, bizim əsgərlər öz inancları ilə meydanlardadırlar. Bizim əsgərlər Allahın ayəsini icra edib müsəlmanları öz torpaqlarından didərgin salan xainləri qovdular. Hər bir əsgər iman gətirib bununla güc tapdı ki, “ölsək şəhid,qalsaq qalibik.” Bu devizə inam bağlayıb döyüşdülər və ordumuz, ümumilikdə dövlətimiz qalib oldu.

Bizim imanımız və cəsarətimiz təkcə son döyüşlərdə özünü göstərməyib. 90-cı illərdə bizləri silahsız tankların qarşısına çıxaran elə həmin iman və inanc idi. Elə o zamanlar hər kəsə göstərdik ki, qəlbdə iman olarsa, bütün çətinliklərə qalib gəlmək olar. Bizləri güclü edən texnika deyil. Allaha olan bağlılığımız, qəlbimizdəki  imanımız, birliyimizdir.

Əziz hərbçilərimiz, dəyərli qardaşlarımız! Sizlərin əzmi sayəsində bu xalq tarix boyu dastanlar yazmış, qəhrəmanlığınız dünyanın hər yerində hamının marağına səbəb olmuşdur. Sizlərin şücaəti ilə milli kimliyimiz daha da parlamış, əsirlikdə qalmış torpaqlarımızda Quran səsi, azan sədası yenidən ucalmışdır. Sizlər bu xalqın, dövlətin qürurunu qorudunuz. Bu xalqda gələcəyə ümid yaratdız. Cəsarətinizlə Allaha, dövlətə sadiqliyinizi, xalqınıza və vətəninizə xidmətinizi göstərdiniz. Hər birinizi ordumuzun yarandığı gün münasibəti ilə təbrik edirəm. Allah sizləri qorusun.Bayramınız mübarək olsun.

Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin üzvü Abbas Hüseyn

8 sayli cəzaçəkmə müəssisəsi”

Related Articles

Back to top button