ArxivXəbər lentiXəbərlər

AB Qarabağ münaqişəsinin həllinə ümidvardır

Avropa Birliyinin(AB) Bakıdakı ofisinin başçısı çərşənbə axşamı AB-nin təmas xəttində baş verənləri yaxından izlədiyini deyərək, Azərbaycan və Ermənistan prezidentlərinin cari ay müzakirə masası arxasında əyləşəcəkləri təqdirdə, bunun münaqişənin həlli istiqamətində mühüm addım olacağını deyib.

Malena Mardın dediyinə görə, Qarabağ münaqişəsinin həlli AB-nin ən mühüm mövzularındandır.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan müvafiq olaraq 30 may və 2 iyun tarixlərində Parisda Minsk qrupunun həmsədrləri ilə görüşüb, münaqişənin həll yolları və iki ölkə prezidentlərinin görüşü barədə danışıblar.

Azərbaycan və Ermənistan prezidentləri növbəti görüşlə bağlı razılığa gəliblər.

Müzakirələrin tarixi hələ ki müəyyən edilməyib. Görüşün Parisdə baş tutacağı ehtimal olunur.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button