ArxivXəbər lentiXəbərlər

913 nəfər bank əməkdaşı işini itirib

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir ki, mayda 180 nəfər bank sektoru ilə vidalaşıb. Belə ki, mayın 1-ə olan statistikaya əsasən, bank sektorunda çalışanların sayı 16214 nəfər olub. Bu isə ilin əvvəli ilə müqayisədə 913 nəfər və yaxud 5,4% azdır.
qafqaz.ir .FaktXəbər  istinadən bildirir ki, mayın sonuna bank fililallarının sayı 560, şöbələrin sayı 141, bankomatların sayı 2 476 ədəd təşkil edib. İlin əvvəli ilə müqayisədə bank filiallarının sayı 9 ədəd azalıb, şöbələrin sayı 10 ədəd artıb. Bankomatların sayında isə 15 ədəd artım qeydə alınıb.
Qeyd edək ki, mayın 31-ə olan göstəriciyə əsasən, ölkədə 31 bank fəaliyyət göstərir ki, bunu da 2-si dövlət bankıdır. Xarici kapitallı bankların sayı 16 olaraq qalır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button