ArxivXəbər lentiXəbərlər

Azərbaycan R-da İran avtomobili bazarı

Azərbaycan Respublikası ölkəmizin avtomobillərinin ixracatı bazarı sayılır ki, son 20 ildə eniş-yoxuşları arxada qoyub və hazırda bu şimal qonşusunun avtomobil bazarında böyük iştirakın başlanmasının ardıncadır.

IRIB-nin məlumatına görə, Azərbaycan Respublikası bir milyon 300 ədəd avtomobillə son 20 ildə avtomobillərin sayının artımı ilə üzləşən ölkələrdən olub. Belə ki, hazırda hər yüz ailə üçün 52 avtomobil mövcuddur.

Bu ölkənin küçələrində müxtəlif avtomobillərin gediş-gəlişi arasında İran avtomobilləri də özlərini göstərirlər. Onların sürücüləri təqribən onlardan razı olaraq, Rusiya və Çin avtomobilləri ilə müqayisədə İran avtomobillərini keyfiyyətli bilirlər.

Azərbaycan Respublikasına avtomobil ixracı 2004-cü ildə başlanıb və 2014-cü ildə özünün kulminasiya nöqtəsinə çatıbdır. Bu onillik müddətdə ölkəmizdən bu ölkəyə 12 min avtomobil ixrac olubdur ki, onun 8 mini İran Xodro, yerdə qalanları isə Saypa şirkətlərinə aiddir.

İranın Azərbaycan Respublikasındakı səfirliyinin ticarət attaşesi Mohəmməd Təqizadə bu barədə deyib: Azərbaycan Respublikasının avtomobil bazarında daha ciddi və geniş iştirak üzrə planlaşdırmaya başlamışıq. Bu sahədə İranın İran Xodro şirkətinin həmkarlığı ilə Azərbaycan Respublikasının Neftçala rayonunda tikilməkdə olan müştərək avtomobilqayırma zavodundan əlavə, Saypa şirkətinin məhsullarının ixracının bərpası üçün də lazımi müzakirələr aparılır və gələn aydan bu şirkətin ixracatı da bərpa olunacaqdır.

Saypa şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəsinin müavini Əli Entezari bildirib ki, ötən illərdə bu şirkətin istehsal etdiyi dörd min avtomobil Azərbaycan Respublikasına ixrac edilib. O, əlavə edib: Saypa şirkətinin məhsullarının ixracının bərpası üzrə lazımi müzakirələr yekun etapları keçir və gələn aydan 100 ədəd Sayna avtomobilinin ixracı ilə bizim Azərbaycan Respublikasına ixracatımız bərpa olunacaq.

Ekspertlərin qənaətincə, İran avtomobilinin qiymətinin ucuz olması, onun Azərbaycan Respublikası bazarında rəqabətaparma qalibiyyəti, satışdan sonra münasib xidmətlərin təqdim olunması və ödənişin hissələrlə olması İran avtomobilinin Azərbaycan Respublikası bazarındakı yerini daha da möhkəmlədə biləcək özəlliklərdəndir.

Rusiya, Çin və Özbəkistan ölkəmizin Azərbaycan Respublikası bazarındakı əsas rəqibləridirlər ki, onların bəzilərinin tarifsiz satışına rəğmən, iranlı brend onlarla müqayisədə daha yüksək məqbulluğa malikdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button