AktualAktualArxivIslamXəbər lentiXəbərlər

İlham Əliyevin 31 dekabr çıxışı; Bakının etnik yanaşmasında əsaslı islahatın zəruriliyinə təkid

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 31 dekabrla bağlı çıxışında ötən ilki iddialarından geri çəkilərək bütün azərilərdən istəyib ki, Qarabağ münaqişəsinin həllində Azərbaycan Respublikasına kömək etsinlər.
Qafqaz Mədəniyyət Mərkəzi – Azərbaycan Respublikası prezidenti İlham Əliyevin Bakıda 31 dekabr-“Dünya Azərbaycanlılarının Həmrəylik Günü” adlanan gün münasibətilə bu ilki çıxışı xüsusi məna daşıyıb və bir növ Bakının ötən ilki iddialarından döndüyünü göstərir. İ. Əliyev ötən ilki çıxışında “Azərbaycan Respublikasının dünya azərbaycanlılarının hamisi, insan haqları və azadlıqlarının müdafiəçisi” olduğunu, “bütün dünya azəriləri Azərbaycan Respublikasını öz vətənləri bilməli” olduğunu mesaj verirdi. Lakin bu ilki təbrikində ən azından zahirdə bu kimi iddialarından geri çəkilmişdir. Prezident özünü bütün dünya azərilərinin hamisi və prezidenti kimi təqdim etməmiş, üstəlik Qarabağ münaqişəsinin həllində dünya azərilərindən kömək istəmiş, “diaspor təşkilatları” adlandırdığı qrupların fəaliyyətlərində daha çevik əlaqələndirilməyə təkid etmişdir.
Bakı rəsmilərinin bu dövlətin dünya azərilərini bəhanə edərək digər ölkələrin işlərində müdaxiləyə istəyini göstərən iddialardan əl götürmələri müsbət addım kimi dəyərləndirilə bilər. Çünki Azərbaycan Respublikasının özünün böyük problemləri vardır. Bu kimi milliyyətçi təmayüllər onun problemlərini həll etmir, üstəlik onları bir az da mürəkkəbləşdirir. Azərbaycan Respublikasının yarandığı vaxtdan indiyədək izlənilən azərbaycançılıq mövzusu bu ölkə üçün daxili və xarici problemlərdən başqa bir şey qazandırmamışdır, əksinə onun maddi və siyasi xərclərini artırmışdır. Bu siyasət ölkə daxilində etnik parçalanmanı şiddətləndirmiş, Azərbaycan Respublikasında yaşayan bütün millətləri türkçülük siyasətinə həssas etmişdir. Xüsusilə də türkçülüyə təkid bəzi şəxs və qrupların daha da aktivləşərək bu ölkədə millətçilik məsələlərini qabartmalarına, camiədə ixtilaf və düşmənçilik yaratmalarına səbəb olmuşdur. Türkçülük siyasətinə təkid habelə bu ölkənin xarici siyasətində də problemlər yaratmış, bir sıra ölkələr Bakını həmin ölkələrdə məskunlaşan azəriləri təhrik etməkdə ittiham edərək bu məsələyə öz etiraz və narazılıqlarını bildirmişlər. Xüsusilə də buna diqqət etmək lazımdır ki, regionda etnik parçalanma yaratmaq, sionistlərin, İngiltərə və Amerikanın siyasətlərindən qaynaqlanır. Son illərdə Səudiyyə Ərəbistanı da bu siyasətə cəzb olmuşdur və regionun müsəlman ölkələrinə qarşı etnik məsələləri təhrik etməklə məşğuldur.
Ekspertlər belə düşünürlər ki, İlham Əliyevin cari il 31 dekabr münasibətilə çıxışında millətçilik məsələlərini təhrik edən cümlələri işlətməkdən çəkinməsi o vaxt müsbət nəticələr verə bilər ki, Bakı tarixi və mədəni mövzularda da öz siyasətlərini dəyişsin, millətçi düşüncə, təsəvvür, hərəkət, konfrans, kitab nəşri, media materiallarında da əməli şəkildə kökü pantürkçülük olan millətçi yanaşmasından uzaq dayansın, dərs kitablarında və media təbliğatlarında millətçiliyi qızışdırmaqdan çəkinsin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button